• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”da transfer yenilikləri

Dünya futbolu

2-02-2023, 17:0

“Böyük beşlik” ölkələrindən fərqli Türkiyədə qış “transfer pəncərəsi” yanvarın 31-də yox, fevralın 8-də bağlanacaq. Bu üzdən Türkiyə klubları transferlərini davam etdirir.

“Qalatasaray” son günləri çox faydalı keçirdi. İstanbul nəhəngi həm önəmli bir transfer həyata keçirərək müdafiə xəttini gücləndirdi, həm də özünə lazım olmayan iki legionerlə vidalaşdı.

Öncə transfer haqda danışaq. “Cim-Bom” son illərdə dəfələrlə Türkiyə nəhənglərinin gündəminə gələn Kaan Ayhanı heyətinə qatdı.

Footbal-plus.az-ın məlumatına görə, bu futbolçunun həm uşaqlıqdan “Qalatasaray” azarkeşi olması, həm də şərəfini qoruduğu “Sassuolo”da baş məşqçi ilə problem yaşaması “sarı-qırmızılar”in işini asanlaşdırdı. “Qalatasaray” ötən yay da “Sassuolo”ya rəsmi təklif irəli sürmüşdü. Həmin vaxt təklifi geri çevirən italiyalılar bu dəfə də Türkiyə yığmasının üzvünü satmaq istəmirdilər. Amma Kaanın özünün ayrılmaq istəyi həlledici oldu. Nəticədə “Qalatasaray” 400 min avro ödəməklə 28 yaşlı müdafiəçini mövsümün sonuna qədər icarəyə götürdü. Kaan bu müddətdə 600 min avro qazanacaq. Müqaviləyə məcburi transfer maddəsi qoyulmasa da, “Qalatasaray” rəhbərliyi “Sassuolo”nu razı almaq üçün müqaviləyə 2 şərt saldırdı. Bunlardan biri komandanın ÇL-ə vəsiqə qazanması, digəri isə Kaanın mövsümün sonuna qədər ən azı 8 superliqa matçında forma geyməsidi. Demək olar ki, bu iki şərtdən biri mütləq həyata keçəcək. Belədə “Qalatasaray” mövsümün sonunda qarşı tərəfə daha 2,8 milyon avro ödəyərək Ayhanla üçillik müqavilə imzalayacaq. Onun hətta maaşı da bəllidi: 1-ci il 1 milyon avro, 2-ci il 1,25 milyon avro, 3-cü il 1,35 milyon avro. Maraqlıdı ki, Kaan İtaliyada bundan daha çox - 1,5 milyon avro qazanırdı.

Qısaca qeyd edək ki, müdafiənin isənilən mövqeyində oynamağı bacaran universal futbolçu Almaniyada doğulub və uzun illər bu ölkədə çıxış edib. “Şalke-04”, “Ayntraxt” və “Fortuna”da oynayan Kaan 2020-dən bəri “Sassuolo”da çıxış edirdi. Onun artıq həftəsonu “Trabzonspor”la oyunda debüt edəcəyi gözlənilir. Bundan başqa, “Qalatasaray” “Sassuolo”da çıxış edən Türkiyə yığmasının digər üzvü Mərt Müldürü də heyətinə qatmağa çalışır.


“Benfika” və “Selta”nın “Qalatasaray”a xeyri

Ayrılan oyunçulara gəlincə, Haris Seferoviç icarə əsasında “Selta”ya, Patrik van Anholt isə eyni qaydada PSV-yə yollanıb. Əslində İstanbulda qalmaq istəyən Seferoviçin “Kasımpaşa”ya keçəcəyi gözlənilirdi. “Cim-Bom” hətta ona yarım mövsümlük maaşı olan 1,15 milyon avronun yarısını ödəməyə də hazır idi. Amma isveçrəli forvardın müqavilə ilə məxsus olduğu “Benfika” “Selta” ilə anlaşınca “Qalatasaray” bu pulu ödəməkdən qurtuldu. Van Anholtun 900 min avroluq maaşını isə PSV ödəyəcək. Beləcə “Qalatasaray” həm heyətdə 2 legioner üçün yer boşaltdı, həm də 2 milyon 50 min avroluq maaş yükündən qurtuldu. Onu da bildirək ki, “Aslan” “Fiorentina”da çıxış edən sabiq “Real”lı Luka Yoviçlə də danışıqlar aparır.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-01-2023, 17:0

''Qalatasaray'' Türkiyə yığmasının üzvünü transfer etdi

Dünya futbolu

9-07-2022, 22:0

"Qalatasaray" milli üzvünü transfer etdi

Dünya futbolu

31-01-2023, 16:0

''Qalatasaray'' ''Real''ın sabiq forvardını transfer etmək istəyir

Aktual
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Son xəbərlər
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 101
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə