Niderlandın, eləcə də “Ayaks”, “Barselona” və “Arsenal”ın sabiq üzvü Mark Overmars dekabrda infarkt keçirmişdi.
“De Teleqraf” nəşrinin yazdığıma inansaq, Overmarsın ürəyi öz həcminin yalnız 30 faizi qədər qan vurur. Əslində isə bu rəqəm 60-70 faizə bərabər olmalıdı.
Overmars özü də bu fakti təsdiqləyib: “Bəli, bu düz xəbərdi. İndi mənə bir qədər sakitləşmək və pillə-pillə irəliləmək lazımdı”.
49 yaşlı futbol adamı hazırda Belçika təmsilçisi “Antverpen”in idman direktoru vəzifəsini icra edir. Səhhəti ilə bağlı o, bir müddət işindən kənarlaşıb.