"Qarabağ"ın daha bir rəqibi açıqlandı

20.06.2026 16:02 12
Ölkə futbolu
“Qarabağ”ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib. Bolqarıstanın ÇSKA klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi yeni rəqib tapıb.

"Qarabağ" iyunun 27-də bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19.00 başlayacaq.