Niderland yığmasında gözlənilən təyinat, nəhayət, baş tutdu.
Ronald Kuman baş məşqçi vəzifəsinə gətirildi. Detallar açıqlanmasa da, “transfermarkt”ın iddiasına görə, təcrübəli mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzalanıb. “Narıncılar”ı buna qədər Lui van Qal çalışdırırdı. Amma o, DÇ-2022-nin ardından postundan ayrılmışdı.
Qeyd edək ki, bu, 59 yaşlı Kumanın Niderland yığmasında ikinci dönəmi olacaq. O, daha öncə 2018-20-ci illərdə də “zambaqlar ölkəsi”ni çalışdırmış və komandanın başında AÇ-2020-də iştirak etmişdi. Amma Kuman sonradan öz istəyi ilə istefa verərək “Barselona”nın başına keçmişdi. Onun “Barsa” macərası isə bilindiyi kimi, uğursuz alınmış və 2021-in oktyabrında postundan getməli olmuşdu. Niderland AÇ-2024-ün seçmə mərhələsində Fransa, İrlandiya, Yunanıstan və Cəbəllütariqlə eyni qrupda mübarizə aparacaq.