O da viza ala bilmədi - DÇ-nin problemi

20.06.2026 15:13 31
Dünya futbolu
Dünya çempionatında viza problem davam edir. Bir neçə gün əvvəl Qana yığmasının yarımmüdafiəçisi Tomas Partinin üzləşdiyi çətinlik daha bir futbolçunun başına gəlib.

"Football-plus.az" xəbər verir ki, Kot d’İvuar yığmasının hücumçusu Elye Vai Kanada vizası problemi səbəbindən DÇ-2026-nın Almaniyaya qarşı keçiriləcək oyununu buraxacaq.

Kot d’İvuar Futbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, futbolçu lazımi icazəni ala bilmədiyi üçün komanda ilə birlikdə Kanadaya yollanmayıb və ABŞ-da qalaraq yığmanın qayıdışını gözləyəcək.