“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Masazır təmsilçisi portuqaliyalı futbolçu Rodriqo Fernandeşi heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Fernandeş son olaraq “Şamaxı”nın formasını geyib.
“Sportinq”in yetirməsi olan Rodriqo bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin “Portu”nun əvəzedici komandasında da forma geyib.
"Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
Ölkə futbolu





