• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbolçunun anası 7 il əvvəl vacib sənədi imzalamayıb

Dünya futbolu

12-01-2023, 20:0

“Krasnodar”ın “Qarabağ”ın ulduzu Kadi Borgesin transferinə görə ödəyəcəyi 4,8 milyon avronun hamısının ağdamlılara çatmayacağını bilirsiz.

Bu məbləğin 5 faizi onu 2019-cu ilə qədər yetişdirən “Koritiba”nın hesabına köçürüləcək. Aşağıdakı yazını oxumaqla həm FİFA-nın müəyyənləşdirdiyi bu ödəniş sisteminin təfərrüatını öyrənəcək, həm də “Çelsi”nin yeni transferi ətrafında yaranan mürəkkəb durumdan xəbərdar olacaqsız.

“Çelsi”nin növbəti transferi Norveç “Molde”sinin 20 yaşlı hücumçusu David Fofanadı. Bu, londonluların qışda həyata keçirdiyi 3-cü transferdi. Əvvəlcə “Monako”dan yarımmüdafiəçi Benua Badyaşili aldılar, bugünlərdə isə “Vasko de Qama”nın 18 yaşlı istedadı Andrey Santosla anlaşdılar.

Fofananı dekabrın ortalarında razı salıblar. Kot-d'İvuardan olan müdafiəçiyə görə 12 milyon avro ödənilib, onunla sonradan 1 il də uzadılmaq imkanı nəzərdə tutulmaqla 2029-cu ilə qədər müqavilə imzalanıb. Potterin dediyinə görə, Davidi əvvəlcə icarəyə verə bilərlər: “Fofana məzuniyyətdə olub, odu ki, forma yığmaq üçün vaxta ehtiyac duyur. Ardından biz onun karyerasının gələcəyi baxımından qərar verməliyik”.

Hərçənd burda çətin məqam var. “Mançester Siti” ilə kubok oyununda futbolçunun adı iştirak ərizəsinə salınsa da, hətta 2-ci hissədə meydana çıxsa da, “Mirror” yazır ki, onun tezliklə Norveçə qayıtması mümkündü.

Nə baş verir?
Xaosun səbəbkarı gənc oyunçunun doğma klubudu, yəni Kot-d'İvuar təmsilçisi “Abican Siti”. Bu klub iddia edir ki, 2016-cı ildə Davidin anası akademiyaya onun sonrakı transferlərindən pul qazanmağa imkan verən sənədi imzalamayıb. Klub Fofananın “Molde”yə keçidini qeyri-qanuni sayır, hərçənd həmin vaxt hücumçu artıq Amadu Diallo-Cekanu futbol akademiyasında məşğul olardı.

Məhz həmin sənədin yoxluğu üzündən “Abican Siti” Fofananı yetişdirməyə görə ona çatası pulu tələb edə bilmir. FİFA-nın mövcud və Kadinin “Krasnodar”a keçidində də tətbiq olunan reqlamentinə görə, satıcı klub oyunçunun başqa komandaya keçidi zamanı məbləğin 5 faizini onunla 12-23 yaş arasında məşğul olan məktəbə verir. 12-15 yaş aralığında yetişdirmənin hər ilinə görə 0,25, 16-23 yaş aralığında isə 0,5 faiz nəzərdə tutulur. “Abican Siti” israr edir ki, “Molde”nin londonlularla sövdələşmədən əldə etdiyi məbləğin 1,5 faizi ona çatmalıdı. Kot-d'İvuar klubu həmin 180 min avroya görə FİFA-dan transferin ləğvini tələb edir. Klub prezidenti Marko Taddeinin FİFA-ya yazdığı məktubda deyilir:

“Klubumuz hesab edir ki, “Molde” ilə “Çelsi” arasındakı müqavilə qeyri-qanunidi. Buna görə də FİFA-ya “Çelsi”nin işinə müdaxilə etməyi və bizlə “Molde” arasında bütün mübahisələr həll olunana qədər transferi dayandırmağı təklif edirik. Bu, işin araşdırılmasına yardım edərdi”.

David hələ ki mövzu ilə bağlı açıqlama verməyib və karyera yüksəlişinə nail olduğuna görə sevinir.
Fofana Droqbanın fanatıdı, Holann səviyyəsində qollar vurur

Cəmi iki il əvvəl Avropaya təşrif buyuran Davidi Norveç liqasında qolları sıraladığına görə artıq çoxları Erlinq Holann ilə müqayisə edir. O, ötən mövsüm 24 oyunda 18 məhsuldar hərəkətlə yadda qalıb. “The Athletic”in Norveç çempionatı üzrə eksperti Stiv Vissin dəyərləndirməsi: “O, çoxlu qol vurur, ancaq cinahda oynaması daha yaxşı olardı, belədə Salah üslubunda cərimə meydançasına daxil olardı. Davidin çoxlu özəllikləri var. Mən onu möhtəşəm bitirici saymıram. Kot-d'İvuardan olduğuna görə onu Didye Droqba ilə müqayisə edirlər. Ancaq Fofana qətiyyən həmvətəninə oxşamır. Texnikalı və möhkəm oğlandı, perspektivi isə məşqçidən və onun seçimlərindən asılıdı”.
• Fofananın kumiri məhz Droqbadı: “Həmişə Didyeyə heyranlıq duymuşam. Lap uşaqlıqdan “Çelsi” sevimli klubum olub. Droqba orda oynayırdı – başqa seçimim ola bilməzdi. Məhz bu komandaya keçmək ən böyük arzum idi”.
• Fofananın ən üstün keyfiyyəti sürətdi. David bu mövsüm mərkəzdə daha böyük sərbəstlik qazanıb və tez-tez müdafiəçilərin arxasında görünüb. “Molde”nin çalışdırıcısı Erlinq Mue hesab edir ki, Fofana anadangəlmə hiyləgərdi. Müdafiəçilər, sadəcə, ona qarşı necə hərəkət etməli olduqlarını anlamırlar.
• Davidin karyerasının ən parlaq anı 2021-in fevralında Avropa Liqasında “Hoffenhaym”a qarşı oyundu. Onda 64-cü dəqiqədə meydana çıxan hücumçu cəmi 10 dəqiqə sonra həlledici qolu vurmaqla norveçliləri 1/8 finala çıxarmışdı. Düzdü, “Molde” həmin mərhələdə İspaniya “Qranada”sı ilə bacarmadı.

Fofananın “Çelsi” forması geymək arzusu artıq çin olub. Doğrudanmı, anasının 2016-da imzalamadığı hansısa sənədə görə onun arzusunu gözündə qoyacaqlar?

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-01-2023, 20:0

“Çelsi”: Fofananı kimlər müşayiət edəcəklər?

Dünya futbolu

9-09-2022, 14:0

"Çelsi"nin yeni baş məşqçisinin qazancı açıqlandı

Dünya futbolu

12-01-2023, 17:0

Londonlular Felişi icarəyə götürməsinin detalları

Dünya futbolu

19-08-2022, 16:0

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

Dünya futbolu

26-12-2022, 17:0

Fransalı futbolçu "Çelsi"nin hədəfində

Premyer-liqa / Manşet

27-12-2022, 12:0

"Qarabağ" Kadini satmır

Aktual
“Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
İnqilab Məmmədov 2-ci liqada da qalmaqalla üzləşdi! – 4 qırmızı, 12 sarı vərəqə, dava-dalaş
“Neftçi” növbəti 1:5-dən qaçmaq üçün nə etməlidi? – yollar da var, adlar da!
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
“Kəpəz”: dağ yox, DAĞ! – Sisyanov, Cavad xan və başqaları...
“İndi vəziyyət yaxşılaşıb” - Rahid Əmirquliyev “Şahdağ Qusar”ın hədəflərindən danışdı
Son xəbərlər
  • Bu gün, 01:07
    “Atletiko” - “Arsenal” oyununda qalib müəyyənləşmədi
  • Dünən, 23:42
    “Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
  • Dünən, 23:19
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:49
    "Şəfa" xal itirdi, "Mingəçevir" yenidən ikinci sırada
  • Dünən, 22:16
    MS-ni o da tərk edəcək
  • Dünən, 21:55
    Əməliyyatı uğurla keçdi
  • Dünən, 21:25
    Klubundan yeni təklif aldı
  • Dünən, 20:54
    Onun qiyməti şahə qalxdı
  • Dünən, 20:22
    PSJ-də Dembelenin rekordunu yenilədi
  • Dünən, 19:59
    “Komandamın cəsur futbol oynamasını istəyirəm” - “Böyük beşliy”in ilk qadın məşqçisi gələcəyə ümidlə baxır
  • Dünən, 19:36
    “Bavariya” treblə doğru daha bir addım atdı
  • Dünən, 19:05
    Roderik Miller "Qarabağ"a qarşı oynaya biləcəkmi? - rəsmi açıqlama
  • Dünən, 18:34
    Türkiyəli futbolçu İtaliya klubunda gözdən düşüb
  • Dünən, 18:03
    "Neftçi" - "Qarabağ" oyununu kim idarə edəcək?
  • Dünən, 17:46
    Sərgən Yalçın bu futbolçunu ''qara siyahı''ya saldı
  • Dünən, 17:15
    Tedesko İtaliya klubunun başına keçə bilər
  • Dünən, 16:44
    Azərbaycan derbisinə görə 20 min, cəmi 41900 manat – klublara cəza yağdı!
  • Dünən, 16:14
    Cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
  • Dünən, 16:00
    Daha bir gənc “Real”dan ayrılmaq istəyir
  • Dünən, 15:29
    "Ola bilsin, İliçin klubda belə azadlığı yoxdu..." - serb mütəxəssisin təhdidinə cavab
  • Dünən, 14:58
    AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyunda
  • Dünən, 14:27
    Tovuzda avrokubok həyəcanı: 32 illik həsrətə son qoyulur? - VİDEO
  • Dünən, 13:56
    "Sabah" Simiçlə Puxaç üçün 1 milyon avrodan artıq məbləğ ödəyəcək - klub rəsmisindən açıqlama
  • Dünən, 13:25
    ÇL-də hələ belə yarımfinal olmamışdı! - PSJ Münhenə 1 topluq üstünlüklə yollanacaq
  • Dünən, 12:54
    Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
  • Dünən, 12:33
    AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçildi
  • Dünən, 12:27
    Qara Qarayevin kitabının təqdimat mərasimi keçirildi
  • Dünən, 12:07
    AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
  • Dünən, 11:59
    Bizi "Böyük Dəbilqə"də kimlər təmsil edəcək? - SİYAHI
  • Dünən, 11:25
    “Sabah” “Abşeron Lions” ilə üz-üzə - final seriyası başlayır
  • Dünən, 11:18
    Premyer-liqada 60-cı qol
  • Dünən, 10:57
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Dünən, 10:36
    “Çox ümidli deyiləm” - Bəhlul Mustafazadənin atası mümkün transfer haqda
  • Dünən, 10:09
    Son 15 mövsümün rekordu
  • Dünən, 10:00
    Talişka qaçırdığı penalti haqda nə dedi? - ''Heç kimdən gizlənmirəm''
Daha çox
Oxunub: 294
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 244
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 197
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 168
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 155
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 143
“Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə