Fransalı futbolçu "Çelsi"nin hədəfində

26.12.2022 17:11 318
Dünya futbolu
Benua Badiaşile karyerasını İngiltərədə davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, oyunçu ilə "Çelsi" yaxından maraqlanır.

"Zadəganlar" fransalı futbolçu üçün "Monako"ya 30-40 milyon avro təklif etməyi planlaşdırır.

Benua bu mövsüm 16 matçda meydana çıxıb. Bu qarşılaşmalarda 2 qol vurub, 5 dəfə sarı vərəqə ilə cəzalanıb.