"Çelsi"nin yeni baş məşqçisinin qazancı açıqlandı

9.09.2022 14:50 274
Dünya futbolu
“Çelsi”nin yeni baş məşqçisi Qrem Potterin London klubun nə qədər qazanacağı məlum olub.

"Football-plus.az" “The Telegraph”a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis 5 illik müqaviləyə əsasən 69 milyon avro alacaq. “Zadəganlar” Potterin gedişinə görə əvvəlki klubu “Brayton”a 17.2 milyon avro ödəyib.

Qeyd edək ki, “Çelsi” ötən gün Potterlə 5 illik müqavilə imzaladığını açıqlayıb.