Dünən İspaniya La Liqasının 16-cı turunda "Atletiko" "Barselona"ya məğlub olub - 0:1.
Football-plus.az xəbər verir ki, Madrid təmsilçisi oyunda Kataloniya klubunun qapısına 20 zərbə endirsə də, qol vura bilməyib. Belə hadisə sonuncu dəfə 2003-cü ildə baş verib.
28 sentyabrda keçirilən qarşılaşmada "Atletiko" "Barselona"nın qapısına 20 zərbə endirsə də, fərqlənə bilməmişdi - 0:0.