"Barselona"nın baş məşqçisi Xavi komandadan ayrılacağı iddia edilən Memfis Depayla bağlı açıqlama verib.
"Football-plus.az" xəbər verir ki, ispan mütəxəssis niderlandlı forvardın klubda qalmasını istədiyini deyib:
"Memfis və ya başqa birinin klubdan ayrılmağını istəmirəm. Düşünürəm ki, transfer dönəmi bizim üçün sakit keçəcək".
İspaniya mətbuatının xəbərinə görə, Depayla İngiltərənin "Nyukasl" klubu maraqlanır, lakin rəsmi təklif yoxdur.