Messi PSJ-yə qayıtdı

4.01.2023 14:20 251
Dünya futbolu
PSJ-nin və Argentina millisinin üzvü Lionel Messi DÇ-2022-dən sonra istirahətini başa vuraraq yenidən klubuna bazasına qayıdıb.

"Football-plus.az" xəbər verir ki, o, PSJ-nin məşq mərkəzinə gələrək komanda yoldaşları ilə görüşüb.

Messi Argentina millisinin qalib gəldiyi 2022-ci il Dünya Çempionatının başa çatmasından sonra ona verilən 10 günlük məzuniyyətdən sonra Parisə qayıdıb.

Daha əvvəl bldirilmişdi ki, Lionel yanvarın 11-də Liqa 1-də "Anje" ilə matçda oynaya biləcək.