Xavi ilə Pike arasında gərginlik

28.09.2022 15:58 430
Dünya futbolu
“Barselona”da baş məşqçi Xavi ilə müdafiəçi Jerar Pikenin münasibətləri pozulub.

"Footbal-plus.az" xəbər verir ki, bu barədə “Sport.es” saytı məlumat yayıb. Pike az oynamasından və müqaviləsinin detallarının mediaya sızmasından narazıdı.

“Barselona” bundan əvvəl 35 yaşlı müdafiəçi ilə maaşının azaldılmasına görə danışıqlar aparmış, lakin Pike razı olmamışdı. Xavi şans vermədiyi oyunçunun klubu tərk etməsini gözləyir. O, ispan futbolçunu gələcək planlarına daxil etməyib.

Pikenin qışda klubdan ayrılacağı gözlənilir.