Serxio Buskets "Barselona"da qala bilər.
Football-plus.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Baş məşqçi Xavi bunun üçün futbolçu ilə danışacaq. Klubda oyunçulardan tutmuş rəhbərlərə qədər hər kəs hiss edir ki, Serxio yayda "Barselona" ilə başa çatacaq müqaviləni yeniləməyəcək. Xavi Busketsin qərarına təsir göstərməyə çalışacaq.
Qeyd edək ki, yarımmüdafiəçi 2008-ci ildən Kataloniya təmsilçisində çıxış edir. Onun yayda klubdan ayrılacağı barədə məlumatlar yayılıb.