• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mərakeşli qəhrəmanları yaxından tanıyaq: vaxtilə boşqabları yuyan Saissdən şokoladsevən Agerdə qədər...

Manşet / Yazarlar

16-12-2022, 17:0

Sözsüz, Qətərdəki mundialın əsas kəşfi adına ən layiqli yığma Mərakeşdi.

Valid Reqraqinin çalışdırdığı komanda yarımfinala adlamaqla böyük sensasiyanı reallaşdırıb. Bu, Afrika təmsilçiləri üçün dünya çempionatında ən yaxşı nəticədi! İndi ən güclü 4 komanda sırasına düşən Mərakeşin aparıcı oyunçularını daha yaxından tanıyacağıq. Demək olar ki, milli futbolçuların hamısının mövcud uğura aparan yolu çətin olub. Onlardan bəzilərinin tarixçəsini nəzərinizə çatdırırıq.

Romen Saiss
32 yalı müdafiəçi yığmanın kapitan sarğısını ölkə futbolu üçün əfsanə sayılan Medhi Benatyadan təhvil alıb. Top səviyyədə karyerasını 2019-cu ildə başa vuran Benatya 32 yaşında yığmadan ayrıldı. “Bavariya” və “Yuventus”la kifayət qədər titul sahibi olandan sonra daha çox pul qazanmaq üçün Qətərə yollandı.

Yığma üçün yeni kapitan seçimi məntiqəuyğundu. Saiss çətinliklərə necə sinə gərməyi və ümidləri doğrultmağı əla bilir. O, 21 yaşına qədər həvəskar səviyyədə oynayıb. Qazandığı pul yalnız benzinə çatırdı. Buna görə atasına məxsus yeməkxanada da işləməyə məcbur idi: boşqabları yuyur və menyunu müştərilərə təqdim edirdi. 5 ildən sonra artıq “Vulverhempton”da çıxış edirdi. 10 il ötəndən sonra isə milli komandanı dünya çempionatının pley-offuna çıxardı. Qrup mərhələsinin Belçika ilə oyununda onun vurduğu qol güclü rəqib üzərində 2:0 hesablı qələbəni təmin etdi. Bu qələbə mərakeşlilərin qrupu adlamaq ehtimalını daha da artırdı.

Sofyan Bufal
Yarımmüdafiəçi bu dünya çempionatını hətta başqalarından daha çox gözləyib. 2018-ci ilin martında 25 yaşında olarkən “Sauthempton”un oyunçusu kimi yığmanın yoldaşlıq oyunlarında çıxış etmişdi. Amma İngiltərə çempionatında mövsümün finişini boşa verdiyindən milli komandanın 20 ildən sonra vəsiqə qazandığı mundiala aparılmadı.

Bu, Bufal üçün çox təsiredici zərbə oldu. Bir müddət keçəndən sonra dünya çempionatından kənarda qalmasını özü üçün qulaqburması saymışdı. Həmin anda işə münasibətini dəyişən Sofyal özünə bir daha belə arxayınılığa yol verməyəcəyilə bağlı söz vermişdi. Qətərdə keçiriləcək növbəti mundiala yollanmağı özü üçün prioritet hədəf seçən futbolçu bunun üçün əlindən gələni etdi.

Doğma klubu “Anje”yə qayıdan Bufal tədricən əla forma nümayiş etdirməyə başladı. 2021-ci ildə yığmaya qayıtdı, yanvarda Afrika Millətlər Kubokunda 3 qol vurdu. O, dünya çempionatında sol cinah vingeri kimi komandanın hücumdakı əsas hərəkətverici qüvvəsidi.

Yassin Bunu
Yığmanın əsas qapıçısı Kanadada dünyaya gəlib və yalnız 8 yaşında Afrikaya ayaq basıb. Bunu hələ uşaq yaşlarında “Vidad”ın akademiyasında parlaq oyunu ilə diqqəti cəlb edib. 2011-ci ildə 19 yaşında olarkən Kasablanka klubunun Çempionlar Liqasının “Esperans”la (Tunis) final oyunu üçün iştirak ərizəsinə düşüb. Matçın gedişində əsas qapıçı zədə aldığından Yassin meydana çıxmalı olur. Və matçı izləyənlər onun möhtəşəm seyvlərinin təsiri altında az qala ağlını itirirlər. Doğrudu, “Vidad” finalda məğlub olur, amma Mərakeşdə 19 yaşlı əlcək sahibini oyunun ən yaxşı adlandırırlar.
Tezliklə İspaniyaya üz tutan Yassin “Atletiko”nun gənclərdən ibarət komandasına qəbul olunur. Lakin burda əsas komandada görünmək ona nəsib olmur. Zarafat deyil, madridlilərin sıralarında Tibo Kurtua, Yan Oblak və ya Migel Anxel Moyya kimi qapıçılar vardı. Mərakeşli “Saraqosa” və “Jirona”da da möhkəmlənməyə çalışır. Onu top-klublardan yalnız 2019-cu ildə “Sevilya” sıralarına qatır. Və Yassinin karyerasında parlaq dövr başlayır. 29 yaşında bu komandanın əsas qapıçısı statusunu qazanır. 30 yaşında La Liqanın ən yaxşı, 31 yaşında isə yığmanın əsas qapıçısı seçilir!

Əbdelhəmid Sabiri
Sabiri 3 yaşından Almaniyada yaşayıb. Valideynləri Mərakeşin cənub-şərqindəki səhralıqdan canlarını qurtarıb Avropaya yollanan Əbdelhəmid Frankfurtda yaşadıqları rayondan baş götürüb getməyə can atırdı:

“Ordan qaçıb arzumu həyata keçirmək istəyirdim. Bu, mənim üçün böyük motivasiya idi”.


Əbdelhəmid yoxsul ailələrdən olan uşaqların oynadıqları akademiyanın üzvü idi. Ordan 5-ci liqada çıxış edən “Şportfroynd”a, sonra “Nürnberq”in əvəzedici heyətinə, ordan 2-ci bundesliqada çıxış edən əsas komandaya, daha sonra isə “Haddersfild”lə premyer-liqaya keçdi. İngiltərədəki işləri gətirməyən, bundesliqada “Paderborn”la uğursuzluq yaşayan yarımmüdafiəçi uğuru İtaliyada axtarmağa başladı. B seriyasında “Askoli”nin formasını geyəndən sonra indi “Sampdoriya”dadı.

Dünya çempionatında yarımfinala qədər 4 dəfə meydana çıxan Sabiri komandanın uğurunda 1 qol və 1 məhsuldar ötürmə ilə rol oynayıb.

Əşrəf Hakimi
Əşrəf uşaq yaşlarından istedadı ilə diqqət mərkəzində olub. Artıq 8 yaşında “Real”ın akademiyasında futbolun sirlərini öyrənmək imkanı qazanıb. Anası həmin illərdə Madrid ətrafında olan evlərdə xadiməlik edir, atası isə küçələrdə satıcılıq etməklə ailəni dolandırmağa çalışırdı. Əşrəfin futbolçu kimi inkişafı sürətli alınıb: 18 yaşında “Real”ın əsas komandasına, bir ildən sonra isə əsas yığmaya cəlb olunub. Hətta 2018-ci ildə Rusiyada təşkil edilən dünya çempionatında iştirak edib. 4 il əvvəlki mundialda yalnız iki futbolçu – fransalı Kilian Mbappe ilə avstraliyalı Deniel Arzani yaşca ondan kiçik olub.

İndi Mərakeşin ən məşhur ulduz futbolçusu və dünya futbolunda ən yaxşı sağ cinah müdafiəçisi sayılan Hakimi az qala hər müsahibəsində valideynlərini xatırlamağı özünə borc bilir: “Onlar mənim futbol oynamağım üçün çox qurbanlar veriblər. İndi isə mən hər gün işləyir və valideynlərim üçün çalışıram”.

Qətərdə yarımfinala qədər 5 dəfə meydana çıxan Əşrəf qrup mərhələsinin Kanada ilə oyununda (2:1) qələbə qolunu vuran Yussef Ən-Nəsiriyə məhsuldar ötürmə edib.

Nayef Agerd

Nayef Mərakeş yığmasında ən firavan həyat sürən ailənin üzvüdü. Atası ilə əmisi vaxtilə peşəkar futbolçu olublar. Nayef ölkənin ən yaxşı futbol müəssisəsi sayılan VI Məhəmməd adına akademiyada oynayıb. Amma 14 yaşında buranı az qala tərk etmək təhlükəsi ilə üzləşib. Hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən yeniyetmə inkişaf edə və uzunsov şokoladdan da imtina edə bilmirdi. Məşqçilər Nayefi akademiyadan qovmaq istəyirdilər. Amma o, vəziyyətdən çıxmağı bacarır və bir ildən sonra tamamilə başqa futbolçu olur: səhər qaçışı üçün saat 5-də yuxudan oyanan Agerd qida rasionunu da dəyişir. Özü məşqçiyə yaxınlaşaraq belə deyir:

“Peşəkar olmaq üçün meydandakı mövqeyimi dəyişməliyəm. Bizim yüksək səviyyəli yarımmüdafiəçilərimiz var, amma belə müdafiəçilərimiz yoxdu. İcazə verin, müdafiədə oynayım...”


Nəticədə Nayef Mərakeş yığmasının əsas müdafiəçisinə çevrilir. Amma “Vest Hem”in start heyətində hələ ki möhkəmlənə bilməyib. Bu isə səbəbsiz deyil: İngiltərə klubunun “Renn”dən 35 milyon avroya aldığı futbolçu zədə səbəbindən premyer-liqanın ilk 16 turunda yalnız bir dəfə meydana çıxa bilib. Amma yarımfinala qədər dünya çempionatının 4 oyununda iştirak edib və Kanada ilə matçda topu öz qapısına yönəldib. Xüsusilə qeyd edək ki, Mərakeş millisi mundialdakı ilk oyununda yeganə qolu məhz Nayefin topa uğursuz toxunuşundan sonra buraxıb...

Hakim Ziyeş
Onun karyerasının əsas prosesi hamıya bəllidi: “Ayaks”la Çempionlar Liqasının (ÇL) 2019/20 mövsümündə əla təsir bağışlayan yarımmüdafiəçi “Çelsi”yə keçib. Doğrudu, londonluların oyunlarında heç də müntəzəm görünmür.

Hakimin Mərakeşlə bağlı tarixçəsi daha dramatikdi. Uzun illər yığmanın lideri olan futbolçu Vahid Həlilhociçlə yola getmirdi. Baş məşqçi 2021-ci ilin payızında onu məşqləri yola verməkdə günahlandırdı. Ziyeş buna cavab olaraq bir daha milli komandada görünmək istəmədiyini bəyan etdi.
Amma yarım ildən sonra Reqraqinin sərəncamında idi. Hazırkı çalışdırıcı onun sevgi və diqqətə ehtiyac duyduğunu deyir. Baş məşqçidən böyük dəstək alan Hakim Qətərdə keçirdiyi ilk 5 oyunda 1 qolun və məhsuldar ötürmənin müəllifi olub.

Yussef Ən-Nəsiri
O, milli komandanın əsas qol ümidi sayılır. 4 il əvvəl də dünya çempionatının iştirakçısı olub. Doğrudu, qrup mərhələsinin yalnız İspaniya ilə son oyununun (2:2) 72-ci dəqiqədə meydana çıxıb. Amma bir neçə dəqiqədən sonra Serxio Ramos və Xerard Pikedən də hündürə tullanaraq yığmanı hesabda 2:1 önə keçirib. Bu mundialda isə meydana çıxdığı ilk 5 matçda 2 qol vurub.

Yussefin vaxtilə “Çelsi”də oynamaq imkanı olub. Hətta Afrikadan Londona üz tutub, ancaq soyuq havaya görə orda çox da qala bilməyib. Nəticədə Avropa karyerasını isti İspaniyada – “Malaqa”da başlamalı olub. Amma burda uğur qazana bilməyib: 41 oyuna yalnız 5 qol vurub. “Leqanes”də göstəricilərini bir qədər yaxşılaşdıran hücumçu “Sevilya”da 2020/21 mövsümünü əla keçirib: ÇL-də “Krasnodar”, “Renn” və “Borussiya”nın (Dortmund) qapısına yol tapan futbolçu La Liqada 18 qol vurub.

O, son illərin ən uğurlu mərakeşli gücumçusudu. Amma bu da var ki, həmin uğurlu mövsümdən sonra sanki yuxuya gedib. İspaniyada sərt tənqidlərə məruz qalır. Axı bu mövsüm La Liqada keçirdiyi 10 oyunda qol vura bilməyib. Amma ÇL-də 2 dəfə qapıya yol tapıb. Ən əsası isə dünya çempionatında ilk 5 oyunda 2 qola sevinib. Milli komandanı yarımfinala məhz Ən-Nəsirinin Portuqaliyaya vurduğu yeganə qol çıxarıb!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-04-2022, 14:0

"Uduzmaq bizim üçün böyük təəssüf deməkdi" - Massimiliano Alleqri

Manşet / Yazarlar

14-12-2022, 15:0

“Atlas şirləri”nin uğurlarının memarı - YAZI

DÇ 2026

17-11-2022, 11:0

Dünya kuboku Qətərə gətirildi

Konfrans Liqası

16-06-2022, 18:0

"Qəbələ"nin rəqibini yaxından tanıyaq

Aktual
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
Son xəbərlər
  • Bu gün, 18:45
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Bu gün, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Bu gün, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Bu gün, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Bu gün, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 94
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə