• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atlas şirləri”nin uğurlarının memarı - YAZI

Manşet / Yazarlar

14-12-2022, 15:0

“Adamlara elə oyun təklif etməlisən ki, onlar bir daha stadiona dönmək istəsinlər”


Davam edən dünya çempionatının ən maraqlı tarixçələrindən biri də Valid Reqraqi ilə bağlıdı.
Bosniyalı Vahid Həlilhociçin Mərakeş yığmasının baş məşqçisi postundan istefası onun Qətərə yolunu açdı. Futbol qurumunun rəhbərliyi sentyabrda məhz yerli mütəxəssisə güvənməyə qərar verdi. Əslində federasiyadakılar seçim zamanı çox düşünmədilər. Elə bu yay Afrika Çempionlar Liqasını qazanan, ölkənin ən yaxşı klubu “Vidad”ı çalışdıran Reqraqini qoyub, kimə güvənəcəkdilər ki?! 1975-ci il sentyabrın 23-də Fransada dünyaya gələn, Mərakeş vətəndaşlığını daşıyan mütəxəssis bütün meyarlara cavab verirdi. Vaxtilə yığmanın məşqçilər korpusunda çalışmışdı, üstəlik “Əl-Duhayl”ı da Qətər çempionu etmişdi, yəni bu ölkəni də yaxından tanıyırdı. Özü də Qətər çempionatında Xavinin çalışdırdığı “Əl-Sədd”i qabaqlamışdı, ispaniyalı məşqçiləri məğlub etməyin yollarını bilirdi:

“Hər məşqçidən nəsə götürmüşəm. Bəzi istisnaları çıxmaq şərti ilə bu sənətdə yeni heç nə kəşf etmirsiz, sadəcə, öz yanaşmanızı ortaya qoyursuz. Rudi Qarsiya “Roma”da çalışarkən yanına getdim ki, necə işlədiyini görüm. Rolan Kurbis də məni ilhamlandırdı, Jiress ilə keçirdiyim dönəmdən dərslər götürdüm. “Rasinq”də oynayarkən İspaniya publikasının futbola münasibəti məndə daha böyük təəssürat doğurdu. Ya gözəl oyun, da ya heç nə. Udubsuzsa, ancaq publika əylənməyibsə, fitə basırdılar. Onda özümə dedim ki, bu məqam metodumun əsası olacaq: şou lazımdı, adamlara elə oyun təklif etməlisən ki, onlar bir daha stadiona dönmək istəsinlər. Yığmanın məşqçi korpusunda ilboyu yerli çempionatı izləyirdim. Mənim üçün futbol topa maksimum səviyyədə yiyələnmək, ona nəzarət etməkdi”.


Reqraqinin maraqlı ideyaları var. Məsələn, 6 il əvvəl “Fəth Yunion Sport” klubu ilə ilk Mərakeş çempionluğunu qazananda heyətdə bir neçə veteran olsa da, gənclərə daha çox diqqət ayırırdı. Reqraqi deyirdi ki, onun üçün ideal variant heyətin 70 faizinin klubu öz yetirmələrindən ibarət olmasıdı. Heyətin formalaşmasına belə münasibət hansısa mənada yığmaya da “köçüb”. Yeni çalışdırıcı bir tərəfdən Mazrauini və Həlilhociçlə münaqişə yaşayan Ziyeşi komandaya qaytardı, eyni zamanda onun vaxtında Şeddira, Sabiri və 18 yaşlı Əl-Hannus yığmada göründü. Məhz bu mütəxəssisin dönəmində qışda agentin qəribə oyunları üzündən Afrika Kubokuna qatılmaqdan imtina edən sabiq “Barselona”lı Ezzalzuli yığmada oynamağa başladı.
Ümumiyyətlə, Reqraqinin psixoloq bacarığına həsəd aparmamaq mümkün deyil. Vacib oyunlar ərəfəsində futbolçuların üzərindən gərginliyi asanlıqla götürə, onları oyuna ustalıqla kökləyə bilir. Müdafiədəki oyun intizamından isə uzun-uzadı danışmaq olar. Mərakeş yığması bu mundialda cəmi 1 qol buraxıb ki, onda da rəqib futbolçu fərqlənməyib, sadəcə, Agerd Kanada ilə oyunda topu öz qapısına göndərib.

Parisətrafı Korbey-Eson şəhərciyində doğulan Reqraqi çox dünyəvi adamdı. Sadə fəhlə olan atası Validi ofis işçisi kimi görmək istəyirdi, axı bu sosial rifahın rəmzi sayılır. İndi Reqraqi həmin dönəmi belə xatırlayır:

“Yazı masası arxasında çalışan oğlunun fotosunu kəndə - qohumlara göndərmək atam üçün qürur imkanı idi”.


Ailədə təhsilə xüsusi önəm verilirdi, Valid də bu mənada ümidləri doğrultdu. Hələ futbol oynadığı dönəmdə iqtisadiyyat və sosial elmlər sahəsində bakalavr diplomu aldı. Hər yay tarixi vətəninə - istirahətə yollanan Reqraqi doğma köklərdən də ayrı düşmürdü. Mərakeşdə çoxlu dostunun olmasını və ərəb dilini əla bilməsini elə bununla izah etmək olar. Reqraqi həyatın hər üzünü görüb. 3-cü divizionda başladığı karyerasında 6 ay işsiz qalıb, klubu maliyyə problemi yaşayırdı. Sonra Kurbis onu “Ayaçço”ya dəvət etdi və bu komanda elitaya yüksəldi. Sonra La Liqa – “Rasinq” dönəmi oldu, ardından “Dijon”da Rudi Qarsiya ilə yolları kəsişdi. Məhz bu mütəxəssis Validdə məşqçi bacarıqlarını kəşf etdi, onun taktika ilə yaxından maraqlandığımı və hər şeyi dərhal anladığını gördü. Reqraqi Mərakeşdəki ilk uğurlarından sonra “Le Parisen”ə verdiyi müsahibədə maraqlı ifadə işlətmişdi:

“Açıq danışacam, bilirəm ki, Fransanın 1-ci və 2-ci liqasında mənə yer yoxdu. Şimali Afrikadan olan məşqçiyə peşəkar səviyyədə özünə yer tapmaq çətindi”.


Reqraqi Mərakeşlə Qətəri əhatə edən məşqçi karyerasında artıq 6 titul qazanıb. Bu artıq imic deməkdi. Yığmadakı işi də, sadəcə, möhtəşəmdi. “Atlas şirləri”ni yarımfinala çıxarmaqla elə böyük uğura imza atıb ki, bundan sonra daha ciddi təkliflər almaması mümkün deyil. Bax, elə bu şəkildə gördüyünüz kimi zirvələrə ucala bilər. Adətən, finallarda gördüyümüz mənzərəni Mərakeş yığmasının futbolçuları İspaniya ilə oyundan sonra reallaşdırdı. Öz aramızdı, Mərakeşin İspaniya, Portuqaliya kimi nəhəngləri yolundan kənarlaşdırması elə finalda oynamaq dərəcəsində böyük uğurdu. Və bu nağıl hələ də davam edir!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-05-2022, 09:0

Afrika Çempionlar Liqasının qalibi bilindi

DÇ 2026

13-12-2022, 22:0

Valid Reqraqi: “Bilirəm ki, avropalılar bizim oyunumuzu tənqid edirlər”

Dünya futbolu

20-08-2022, 22:0

69 yaşlı məşqçi istefaya göndərildi

Aktual
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Son xəbərlər
  • Bu gün, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Bu gün, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Bu gün, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Bu gün, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Bu gün, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Bu gün, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Bu gün, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Bu gün, 18:58
    London klubunda yeni təyinat
  • Bu gün, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Bu gün, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Bu gün, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Bu gün, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Bu gün, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Bu gün, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Bu gün, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Bu gün, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Bu gün, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Bu gün, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Bu gün, 14:45
    MS-ni tərk edə bilər
  • Bu gün, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Bu gün, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
  • Bu gün, 11:28
    Komandasının ilk oyununa hazırdı
  • Bu gün, 11:04
    "Sabah"ın rəqibi bu gün bəlli olacaq
  • Bu gün, 10:53
    Seneqal və Misirə ulduz qadağası
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 277
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 263
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 229
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə