• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bizi nəzərdə tutub bu fikri səsləndiribsə, özüdü əclaf”

Ölkə futbolu / Manşet

15-12-2022, 20:0

Region Liqasında “Ağsu Siti” ilə “Füzuli” arasında keçirilən qarşılaşmada birincilərin heyətində adı protokola qeyd edilməyən futbolçu meydana çıxdığına görə Ağsu təmsilçisinə texniki məğlubiyyət verildiyindən xəbəriniz var.

Məsələ ilə bağlı “Futbol+”ə açıqlama verən “Ağsu Siti”nin rəhbəri Rəmzi Eminli maraqlı və eyni zamanda təəccüblü fikir səsləndirib. O “Füzuli” rəsmiləri ilə razılaşaraq bu addımı atdıqlarını söyləyib. Onun sözlərindən belə çıxır ki, yumşaq desək, fırıldaqdan hər iki klub rəhbərliyinin xəbəri olub:

“Füzuli” ilə oyunda heyətimizdə yetərincə futbolçu yox idi. Adı çəkilən futbolçu (Tural Nəsirov, MOİK) elə güclü deyil ki, deyim təkbaşına hamını keçib qol vurub. Onlar da problemimizin olduğunu bilirdilər. Matçdan öncəki görüşümüzdə rəqibin çalışdırdıcısı “ayıbdı, mən texniki məğlubiyyət istəmərəm. Belə bir heyətlə cavanlara uduzmaq ayıb olar” demişdi. Amma sonra gördülər ki, “Ağsu Siti” onlara başağrı olur. Buna görə də, üzr üzr istəyirəm, əclaf insanlar bizdən AFFA-ya şikayət etdi. Rəqibin baş məşqçisinə zəng edib dedim ki, ayıbdı, illərdi Azərbaycan futbolu üçün çiyin-çiyinə vuruşuruq. Üç xala ehtiyacınız var idi, deyərdin, verərdik. Vəziyyətimizi görürsüz, bizə qarşı belə etmək düz deyil”.


Rəmzi bəyin “əclaf insanlar bizdən AFFA-ya şikayət etdi” deməsi “Füzuli”nin icraçı direktoru, eyni zamanda baş məşqçisi Vasif İsmayılovu əsəbləşdirib. Vasif bəy redaksiyamızla əlaqə saxlayaraq noyabrın 20-də və ondan sonra yaşananlar barədə danışmaq istədiyini söylədi ki, obyektlivliyi təmin etmək üçün ona da tribuna verdik. İsamayılov həm sözügedən qarşılaşma ilə bağlı danışdı, həm də bizi maraqlandıran başqa sualları cavabladı.

- Əvvəlcə onu bildirim ki, Rəmzi Eminlinin məlum açıqlamasından sonra özü ilə əlaqə saxladım. Bildirdi ki, mən o şəkildə açıqlama verməmişəm, fikirlərim təhrif olunub. Mən də cavabında “söylədiklərin təhrif olunubsa, redaksiyaya zəng vur, etirazını bildir. Qoy onlar da düzəliş etsinlər” söylədim. Bundan başqa, mən Rəmzi ilə yox, komandanın məşqçisi ilə danışmışam. Ona dedim ki, mənə qarşı belə etməməliydiz. Sonradan Eminli mənimlə əlaqə saxladı. Mən onlara söz verməmişəm ki, şikayət etməyəcəm. Sadəcə, şikayəti etməkdə 3 gün ləngidim. Region Liqasının nüfuzuna xələl gəlməsin deyə düşündük. Fikirləşdik ki, “Ağsu Siti” növbəti oyuna da çıxmayacağı təqdirdə texniki məğlubiyyət veriləcək. Bununla da məsələ bitəcək. Ancaq Eminlinin komandası növbəti qarşılaşmaya çıxdı. Belədə klubun rəhbəri kimi baş verən olayla bağlı AFFA-ya rəsmi müraciət edib əlimizdəki fatktları təqdim etməklə şikayət etdim. Açıqlamasında oyunçu çatışmazlığından şikayət edir. Liqada mövsüm yeni başlayıb. Maddi, oyunçu problemi olan komanda Region Liqasında yerli uşaqlarla mübarizə apara bilər. Oyundan əvvəl bizim aramızda heç bir anlaşma olmayıb. Rəmzi yalan danışır. Hər şeyi sübut etməyə hazıram. Əlimizdə “vatsap” yazışmaları var. Özünüz də bilirsiz ki, matçdan öncə iki kollektiv arasında hansısa razılaşma manipulyasiya sayılır. O da komandanın Region Liqasından kənarlaşdırlması deməkdi. Məncə, “Ağsu Siti”nin rəhbəri artıq özü də bilmir, nə danışır. O ki qaldı onun “əclaf insanlar bizdən AFFA-ya şikayət etdi” deməsinə, bizi nəzərdə tutub bu fikri səsləndiribsə, özüdü əclaf.

- Gəzən söz-söhbətə inansaq, növbəti mövsümdə Region Liqasından birinci diviziona yüksələn komandalar olacaq. “Füzuli” peşəkar status daşıyan liqada çıxış etməyə hazırdı?
- Komanda hazırda qrupda ilk pillədə qərarlaşıb. Buna baxmayaraq, axsayan mövqelərimiz var ki, qış fasiləsində onları da aradan qaldırmağa çalışacağıq. Bu il üçün əsas məqsədmiz qrupdan çıxıb pley-offda maksimum irəliləməkdi. Əsas hədəfimiz isə birinci diviziona yüksəlməkdi. Ötən yay da buna çalışdıq. Ancaq AFFA-nın müəyyən tələblərini, görünür, yerinə yetirə bilmədik ki, diviziona buraxılmadıq. 30 ildən sonra Qarabağı azad etdik və bu yol Füzulidən keçdi. Niyə də “Füzuli” divizionda olmasın?!

- “Füzuli” maliyyə baxımından Region Liqasının ən dayanaqlı komandalarından biridi. Maliyyə təminatı hardandı?
- Bizim komandada həmişə maliyyə cəhətdən sabitlik olub. Belə deyək, oyunçu paltardəyişmə otağına girən kimi onun haqqı ödənilir. Kiminlə nə danışmışıqsa, vədimizə əməl etmişik. Hətta ayrı-ayrı görüşlərdə fərqlənən oyunçularımıza bonuslar verilib, xüsusi diqqət göstərilib. Rayon camaatı, füzulillər sağ olsun. Həmişə onların dəstəyini hiss etmişik, daim komandanın yanında olublar, imkanları daxilində kollektivə yardım ediblər. Bu il komandanın sponsoru ikinci Qarabağ müharibəsinin iştirakçısı, iş adamı Nəriman Əliyevdi. Ondan başqa, Milli Məclisin deputatı Vüqar Bayramovun da adını qeyd etməyə borcluyam. O da daim bizə maddi planda dəstək olur. Fürsətdən istifadə edib “Füzuli”yə yardım edən, komandanın ayaqüstə durmasına şərait yaradan insanlara təşəkkür edirəm.

- Füzulilər komandanı bu qədər sevirlərsə, niyə ev oyunlarını Horadizdə yox, Bakıda keçirirsiz? Horadizdəki Olimpiya Kompleksinin stadionundan yararlana bilərdiz...
- 2020-ci ildəki Vətən müharibəsindən sonra Horadizdəki arenanın ot örtüyü istənilən səviyyədə deyil. Müharibədən sonra Olimpiya Kompleksində hərbi hospital yerləşdi. Bu səbəbdən orda oynaya bilmədik. Beyləqan variantı var idi. Orda da bu ildən Region Liqasında rayonumuzu təmsil edən “Ərgünəş” çıxış edir. Yaxın bölgə olan Saatlı stadionundan isə rayonun öz komandası və divizionda mübarizə aparan “İmişli” yararlanır. Bu səbəbdən qərara aldıq ki, paytaxtda oynayaq. Bakıda və ətraf qəsəbələrdə Füzuli camaatının çox olduğunu da nəzərə aldıq.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet / Günün xəbəri

11-12-2022, 21:0

Klub prezidentindən şok açıqlama: "Əclaf insanlar bizdən AFFA-ya şikayət etdi"

Aktual / Ölkə futbolu

19-03-2022, 21:0

Kənan Kərimov Rəmzi Eminlinin cavabını verdi - AÇIQLAMA

Aktual / Ölkə futbolu

26-03-2022, 21:0

"Ağsu Siti"nin prezidenti "Karvan" üzərində qələbədən məmnun deyil - AÇIQLAMA

Aktual
Sənan Abdullayev: “Misli” ilə sponsorluq müqaviləsi başa çatıb” – yeni brend gəlir?
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
“Futbolçular bilirlər ki, telefonum günün 24 saatı açıqdı” - Vernidub “Neftçi”dəki uğurunun sirlərini həmvətənlərinə açdı
“Stadiondan istifadə hüququ bizə verilməlidi” - “Xankəndi” ev oyunlarını harda keçirəcək?
Qətər klubu 20 gün ölkəmizdə olacaq
Son xəbərlər
  • Bu gün, 01:06
    Argentina finala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:54
    "Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
  • Dünən, 23:32
    "Komanda oyuna tam hazırdı" - Qurban Qurbanov
  • Dünən, 23:01
    Sənan Abdullayev: “Misli” ilə sponsorluq müqaviləsi başa çatıb” – yeni brend gəlir?
  • Dünən, 22:36
    Qalenoyi ilə müqavilə yeniləndi - DÇ-nin QƏRARI
  • Dünən, 21:55
    Yarımfinal oyununa çıxa biləcəklər?
  • Dünən, 21:24
    “Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
  • Dünən, 21:12
    “Red Bull” ilə Ferstappen arasındakı narazılıq artır
  • Dünən, 20:50
    "Hadisələrin axarını dəyişmək üçün əllərindən gələni edəcəklər" - Rəşad Sadıqov
  • Dünən, 20:30
    Ronaldonun klubunda maliyyə problemi yaranıb
  • Dünən, 19:20
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 18:59
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
  • Dünən, 17:26
    Selebrini mövsümün ən yaxşısı sayıldı
  • Dünən, 16:52
    Sabiq futbolçu qəzada həlak oldu
  • Dünən, 16:23
    Ehtiram Şahverdiyev "Səbail"də
  • Dünən, 15:52
    Sinner və Noskova çempion oldu
  • Dünən, 15:31
    100 oyundan hansı daha keyfiyyətli olub? =- DÇ-nin SUALI
  • Dünən, 15:00
    “Futbolçular bilirlər ki, telefonum günün 24 saatı açıqdı” - Vernidub “Neftçi”dəki uğurunun sirlərini həmvətənlərinə açdı
  • Dünən, 14:29
    Millimiz Almaniyada 6 medal qazandı
  • Dünən, 13:58
    “Stadiondan istifadə hüququ bizə verilməlidi” - “Xankəndi” ev oyunlarını harda keçirəcək?
  • Dünən, 13:27
    Millimiz Şimali Makedoniya ilə qarşılaşacaq
  • Dünən, 12:56
    Qətər klubu 20 gün ölkəmizdə olacaq
  • Dünən, 12:25
    “Mingəçevir”in taleyi necə olacaq?
  • Dünən, 11:54
    "Heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq" - Azər Məmmədov
  • Dünən, 11:23
    "Şamaxı"dan növbəti transfer
  • Dünən, 10:52
    “Neftçi” çempion olmaq istəyir. Ancaq necə? - YAZI
  • Dünən, 10:30
    İsrailə bir qədər də yaxınlaşdıq - UEFA reytinqi
  • Dünən, 10:00
    Ərsin Destanoğlunun yeni klubu bəlli oldu
  • Dünən, 01:25
    "Qapımızı toxunulmaz saxlamaq daha xoş olardı" - Valdas Dambrauskas
  • Dünən, 00:59
    İspaniya dünya çempionatının finalında! - DÇ gecəsi
  • Dünən, 00:41
    "Yeni transferlərlə güclənməyə ehtiyacımız var " - Kaxaber Sxadadze
  • Dünən, 00:02
    "Şəfa" 5 yoxlama oyunu keçirəcək
  • 14-07-2026, 23:0
    Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
Daha çox
Oxunub: 231
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 205
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 183
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 173
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 159
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 152
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə