Kənan Kərimov Rəmzi Eminlinin cavabını verdi - AÇIQLAMA

19.03.2022 21:10 1 417
Aktual / Ölkə futbolu
Dünən Region Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

"Karvan"ın rəqibi "Ağsu Siti" olub. Qəzetimizə açıqlamasında "Ağsu Siti"nın prezidenti Rəmzi Eminli münasib rəqiblə oynayacaqlarını, bu üzdən mərhələni keçəcəklərinə inandıqlarını söyləyib.

Qarşı tərəfin cavabı da çox gecikmədi. Yevlax təmsilçinin baş məşqçisi Kənan Kərimov püşklə bağlı fikirlərini "Football-plus.az" saytına açıqladı:

"Rəqib "Ağsu Siti" oldu. Bilirsiz ki, növbəti mərhələyə vəsiqə qazanan bütün komandalar güclüdü. Bizə də, demək olar ki, münasib rəqib düşdü. Şansları 50-nin 50-yə dəyərləndirirəm".


GÜNAY VƏLİYEVA