"Ağsu Siti"nin prezidenti "Karvan" üzərində qələbədən məmnun deyil - AÇIQLAMA

26.03.2022 21:00 1 023
Aktual / Ölkə futbolu
Bu gün Region Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

"Ağsu Siti" doğma meydanda "Karvan"ı qəbul edib - 2:0.

Ağsu təmsilçisinin prezidenti Rəmzi Eminli qələbə təəssüratını "Football-plus.az" saytı ilə bölüşdü:

"Komandadan bir az narazı qaldım. Birinci hissədə o qədər də yaxşı oynamadılar. Əhval-ruhiyyələri yaxşı deyildi. Bir az sıxıntı oldu. Amma ikinci hissədə bacarıqlarını tam göstərdilər. İlk qolu 70-cı, ikincini son dəqiqələrdə vurduq. Səfərdə də öz oyunumuzu oynayacağıq. Ora da qələbə üçün gedəcəyik. Daha sonra növbəti mərhələni düşünəcəyik".


GÜNAY VƏLİYEVA