Afrika Çempionlar Liqasının qalibi bilindi

31.05.2022 09:54 426
Dünya futbolu
Afrika Çempionlar Liqasının qalibi məlum olub.

"Football-plusmaz" xəbər verir ki, həlledici oyunda "Vidad" (Kasablanka, Mərakeş) ilə "Əl Əhli" (Misir) komandaları üz üzə gəlib. Görüş Kasablanka təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Mərakeş klubu tarixində 3-cü dəfə Afrika çempionu olub.

"Vidad" növbəti il FIFA Klublararası dünya çempionatında iştirak edəcək.