Sabah DÇ-2022-in 1/8 finalında Portuqaliya - İsveçrə ilə qarşılaşacaq.
Football-plus.az xəbər verir ki, "A Bola" nəşri oyunla bağlı maraqlı sorğu keçirib. "Kimi ilk "11-lik"də görmək istəmirsiz?" sualına fanatların 70 faizi Ronaldo cavabını veriblər.
Qeyd edək ki, Portuqaliya millisində 194 matça çıxan Ronaldo 118 qol vurub.