"Football-plus.az" xəbər verir ki, bunu komandanın baş məşqçisi Eddi Houi yerli mətbuata açıqlayıb. O uzunmüddətli inkişafı təmin etməyə çalışdıqlarını bildirib:
"Hazırda orta yaş həddindəyik və bunu aşağı salmalıyıq. Buna görə də yaşlı yox, gələcəyinə ümid bağladığımız oyunçular ala bilərik”.
Qeyd edək ki, dünən “Mançester Yunayted” Kriştiano Ronaldo ilə müqavilənin pozulduğunu açıqlayıb. 37 yaşlı futbolçu ilə "Nyukasl"ın maraqlandığı haqda xəbərlər yayılmışdı.




