Yuri Tielemans İspaniya nəhənginin hədəfində

5.12.2022 17:37 311
Dünya futbolu
"Lester"in üzvü Yuri Tielemans karyerasını İspaniyada davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, belçikalı futbolçu ilə "Barselona" yaxından maraqlanır. Kataloniyalılar yarımmüdafiəçini Serxio Busketsin əvəzinə düşünür.

Qeyd edək ki, Tielemansın "Lester"lə 2023-cü ilin yayına qədər müqaviləsi var.