DÇ-2022-nin G qrupunda 2-ci turun Kamerun – Serbiya oyununda qalib müəyyənləşməyib – 3:3.
Football-plus.az xəbər verir ki, nəticədə Kamerun yığması dünya çempionatında 8 oyunluq məğlubiyyət seriyasına son qoyub. Afrika komandası DÇ-2014-də Braziliya (1:4), Xorvatiya (0:4) və Meksikaya (0:1), DÇ-2010-da Niderland (1:2), Danimarka (1:2) və Yaponiyaya (0:1), DÇ-2002-də Almaniyaya (0:2), cari turnirdə isə İsveçrəyə (0:1) uduzmuşdu.