DÇ-2022-nin H qrupunda 2-ci turun Koreya – Qana oyunu afrikalıların 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Koreyalıların hər iki qolunu vuran Ço Qyu Son iki rekorda adını yazıb. 24 yaşlı hücumçu milli komandada dünya çempionatının oyununda dubl edən ilk futbolçudu. Son həmçinin nəhəng turnirdə başı ilə iki qol vuran ilk asiyalı kimi tarixə düşüb.