Dünya çempionatında ardıcıl 8-ci məğlubiyyət

26.11.2022 19:09 312
Dünya futbolu
Kamerun yığması dünya çempionatında İsveçrədən (0:1) xal ala bilməyib.

"Football-plus.az" xəbər verir ki, bu, “ramedilməz şirlər”in turnirdə ardıcıl 8-ci məğlubiyyəti olub. Afrika komandası DÇ-2014-də Braziliya (1:4), Xorvatiya (0:4) və Meksikaya (0:1), DÇ-2010-da Niderland (1:2), Danimarka (1:2) və Yaponiyaya (0:1), DÇ-2002-də isə Almaniyaya (0:2) uduzmuşdu.

Kamerun mundialda uduzmadığı sonuncu oyununu Səudiyyə Ərəbistanına qarşı keçirib. DÇ-2002-nin qrup mərhələsində baş tutan matç “ramedilməz şirlər”in minimal hesablı qələbəsi ilə nəticələnib.