Kərim Benzemanın taleyinə aydınlıq gəlmək üzrədi.
Football-plus.az xəbər verir ki, o, hələ də DÇ-2022-də Fransa millisinin heyətində oynamaq şansına malikdi. “Real"ın şərəfini qoruyan forvard Qətərdəki turnirə hazırlıq çərçivəsində millinin məşqində ombasından zədə alıb. Bildirilir ki, Benzemanın heyətə qayıtması texniki cəhətdən mümkündü. Çünki o, iştirak ərizəsindən kənarda qalmayıb və baş məşqçi Didye Deşam onu heç kimlə əvəzləməyib. Reqlament Kərimin qarşıdakı oyunlarda iştirakına icazə verir.