Kərim Benzemanın zədələnməsi Fransa yığmasını da çətinə salıb.
La Liqanın “Barselona” ilə prinsipial matçını buraxacaq “Real”ın hücumçusunun baldır əzələsindəki zədəsinin sağalması üçün nə qədər vaxta ehtiyacının olacağına aydınlıq gətirilməyib. La Liqanın “Malyorka” ilə oyununda (3:0) sıradan çıxan Kərim Fransa yığmasına Kot d’İvuar və Cənubi Afrika ilə yoldaşlıq oyunlarında da kömək edə bilməyəcək.
Baş məşqçi Didye Deşam onun yerinə Olivye Jirunu yığmaya çağırıb. “Milan”ın 35 yaşlı hücumçusu 2011-ci ildən indiyədək milli formanı 110 oyunda geyib və 46 qol vurub.