Benzemanın məsələsi həll olunmaq üzrədi

19.06.2022 17:18 392
Dünya futbolu
Kərim Benzemanın məsələsi tezliklə həll olunacaq.

“Real” aparıcı hücumçusu ilə müqaviləni yeniləməyə yaxındı. İspaniya mənbələrinin məlumatına görə, yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulacaq.

Benzema “Real”da 2009-cu ildən oynayır. 34 yaşlı fransalının klubla hazırkı müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.