• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Diqqəti Qətərdən ayıranda... - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

27-11-2022, 15:0

Bəli, 4 il həsrətində olduğumuz dünya çempionatı başlayıb.

Özü də dünyanı bürüyən koronavirus pandemiyasından sonra bu futbol bayramının əhəmiyyəti daha da artıb. Çünki çinlilərin dünyaya “bəxş etdiyi” bu dəhşətli virus və onun gətirdiyi qadağalar gözümüzü əməlli-başlı qorxutmuşdu. Sərt karantinin tələbləri, “evdə qal” çağırışları, bütün kütləvi tədbirlərin ləğv edilməsi, küçəyə ağzımızda maska çıxmağımız ömrümüzü yeyib-bitirirdi. Qorxurduq ki, bundan sonra adət etdiyimiz günləri bir də yaşaya bilməyəcəyik. Həmçinin dolu tribunalar qarşısında keçirilən böyük futbol turnirlərinə həsrət qalmağa məcbur olacağıq. Şükürlər olsun ki, qorxduğumuz başımıza gəlmədi, yaman günün ömrü az oldu. İnsanlıq, immunitet sistemimiz bu dəfə virusa qalib gəlməyi bacardı. Düzdü, bəzi qadağalar hələ də qalmaqdadı, bizi rahatlaşmağa qoymur. Bununla belə, həsrətində olduğumuz normal həyatın əksər gözəlliklərini geri qaytara bilmişik. Həmçinin futbol bərpa olunub, azarkeşlər tribunalara qayıdıb.

Amma budəfəki dünya çempionatının bəzi qeyri-adilikləri var. Bunlardan biri də mundialın adət etdiyimiz vaxtda, yəni yay aylarında keçirilməməsidi. Noyabrın sonuncu ongünlüyündə start götürən çempionat dekabrın ortalarına qədər davam edəcək. Bu isə o deməkdi ki, dünyanın bir çox aparıcı futbol ölkəsində daxili çempionatlara ara verilir. Çünki aparıcı klubların əksər futbolçuları milli komandalarının şərəfini qorumaq üçün Qətərə yollanıb. Onların yoxluğunda çempionatlar davam edə bilməzdi. Digər yandan azarkeşlərin də bütün diqqəti Qətərə yönəlib. Fərqi yoxdu, kimin ölkəsi dünya çempionatında iştirak edir, ya yox. Millisi dünya kubokuna vəsiqə qazanmayanlar belə könül verməyə, azarkeşlik etməyə komanda tapır. Tapmayanlar da gözəl futbola azarkeşlik edir, hər gün bir komandanın qələbəsi üçün həyəcan keçirir. Azərbaycan klublarında top qovan futbolçulardan heç biri Qətərə yollanan yığmaların şərəfini qorumur. Deməli, bizim klublarımıza dünya kubokunun hansısa bir təsiri yoxdu, heyətdəkilərin hamısı yerindədi. Elə PFL də bunu nəzərə alıb, Misli premyer-liqasına fasilə verməyi lazım bilməyib. Həftəortası Azərbaycan kubokunun 1/8 final oyunları keçirildi. Bazar günü isə premyer-liqanın 15-ci turunun oyunları start götürəcək.

Bilirəm ki, azarkeşlər və futbolçular üçün də xeyli çətindi. Dünya futbolunun ürəyi Qətərdə döyünərkən, milyonların diqqəti uzaq Ərəbistan səhralarını bəzəyən yaraşıqlı stadionlarda keçirilən bir-birindən maraqlı oyunlara yönəlmişkən Azərbaycan çempionatına köklənmək, yarıboş tribunalar önündə keçirilən qarşılaşmalara baxmaq heç də asan deyil. Amma “başa gələn çəkilir” deyiblər. Bir halda ki, Azərbaycan futboluna fasilə verilməyib, bizimkilər davam edir, futbolçuların da, azarkeşlərin də bu qərara əməl etməsi vacibdi. O cümlədən də biz üzərimizə düşəni etməli, öz futbolumuzdan yazmalıyıq. Necə deyərlər, dünya çempionatı gəldi-gedərdi, bizə qalan Azərbaycan futbolu olacaq.

Bəs qarşıdakı turda bizi nə gözləyir, hansı oyunlar daha çox diqqəti çəkəcək? 14-cü tur onunla əlamətdar oldu ki, “Qarabağ”ın qələbə seriyası dayandı, “köhlən atlar” Masazırda büdrədi. Düzdü, “Sabah” “Qarabağ”ı məğlub etməyi bacarmadı. Deməli, Ağdam təmsilçisi hədəfinə doğru məğlubiyyətsiz irəliləyir. Amma indiki məqamda “Qarabağ”a uduzmamağın özü də bir hünərdi. Bunu isə bacaran “Sabah” oldu. Murad Musayevin komandasının bacardığını bu mövsüm başqa heç bir Azərbaycan klubu edə bilməmişdi. Bununla Masazır təmsilçisi həm də onu isbatladı ki, “Qarabağ”ın izləyicisi statusuna layiq komandadı. Aradakı xal fərqi 5-ə bərabərdi. İlk baxışdan o qədər də böyük fərq deyil, qarşıdakı oyunların sayının çox olması onu düşünməyə əsas verir ki, “Sabah” “köhlən atlar”a bir qədər də yaxınlaşa, çempionluq mübarizəsini daha da gərginləşdirə bilər. “Neftçi”nin bu gərgin mübarizəyə müdaxilə edib-etməyəcəyini demək isə xeyli çətindi. Razılaşaq ki, hazırkı şərtlər çərçivəsində 11 xallıq fərq yetərincə ciddi görünür. Bunun yaranmasının tək günahkarı isə “Neftçi” özüdü. Əsas rəqibləri ilə keçirdiyi görüşlərin üçündə də məğlub olan “ağ-qaralar” bəxtdən yox, özündən küsməlidi.

Heç şübhəsiz, qış fasiləsinə qədər aradakı fərqin daha da artmasına imkan vermədən, “transfer pəncərəsi”nin açılmasına ümid etmək olar. “Neftçi” erkən “ağ bayraq qaldırmaqla” 3-cü pilləni də əldən verə bilər. Hadisələrin hansı məcrada inkişaf edəcəyini zaman göstərəcək. Hələlik isə diqqətləri Qətərdən ayırıb, öz premyer-liqamıza yönəltməliyik. Müvəqqəti olsa da...

AMAL

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-11-2022, 14:0

Boş tribunalar ekranda görünməyib

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə