• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Messi komandasına güvənmir”

Dünya futbolu

27-11-2022, 11:0

Təxminən iki ay əvvəl parlaq karyerasını rəsmən bitirdiyini açıqlayan Arda Turan Qətərdə davam edən mundialla bağlı “Hürriyət” nəşrinə kiçik müsahibə verib.

Hələ ki işsiz olan və baş məşqçi olmaq istəyini gizlətməyən Ardanın yeni peşəsinə “Qalatasaray”ın “altyapı”sında başlayacağı güman olunur.

- Belə nəhəng turnirdə Səudiyyə Ərəbistanının Argentinanı, Yaponiyanın isə Almaniyanı məğlub etməsi necə mümkün oldu? Bu sirri bizim üçün açıqlaya bilərsənmi?
- Artıq dünya futbolunda müdafiədən hücuma sürətli çıxmaq reallığı var. Bu məqam hətta topa sahib olmağı da üstələyib! Bundan başqa, Messi, Kriştiano Ronaldo, Mbappe kimi superulduzlardan başqa qalan oyunçuların fiziki durumu bir-birinə çox yaxındı. Çox istəkli olan, yaxşı oynayan komanda rəqib kim olur-olsan, bir addım önə keçir. Komanda şəklində müdafiə olunmaq qabiliyyəti də bu fiziki səviyyə ilə birlikdə çox inkişaf edib. Hesabı açan komandalar üçün topun arxasına keçmək artıq daha məqsədəuyğun sayılır. Bütün bunlarla yanaşı, standart vəziyyətlərin önəmi də gündən-günə artır. Son olaraq Qətərdəki iqlim şərtlərinin və matçların başlama saatlarının da bəzi favoritlərə təsir etdiyini düşünürəm. Diqqətimi çəkən bir məqam da odu ki, iddiası olmayan komandalarda baş məşqçilər, favorit komandalarda isə ulduz futbolçular ön plana çıxır. İlk baxışdan böyük yığmaları çalışdırmaq üstünlük kimi görünür. Amma bunun mənfi cəhətləri də var. Çünki böyük yığmanın baş məşqçisi ulduzlara da komanda şəklində müdafiə olunmaq qabiliyyətini aşılamalı, onları bu sistemin içinə salmalı, onların potensialından düzgün faydalanmağı bacarmalıdı. Yəni böyük yığmanın məşqçisi hamını bir hədəfə kökləməyi, onlara komanda oyununu aşılamağı bacarmalıdı.

- Qətərdə oyunların yayını da yeni səviyyəyə qalxıb. Xüsusilə də ofsayd qərarları mükəmməl şəkildə izah olunur. Heç bir şübhə qalmır. Bu texnologiyanın bizim çempionatda da istifadə olunması əla olardı. Elə deyilmi?
- Təbii ki, görüntü baxımından çox gözəl mənzərə ortaya çıxır. Belə də olmalıdı. Amma mən diqqəti başqa məsələyə yönəltmək istəyirəm. Ədalətin bərpa olunması üçün bu yeni texnologiyalar önəmlidi. Amma Qətərdə görürük ki, cərimə zərbələri və penaltilərlə bağlı qərarlarda standart yoxdu. Təəssüf ki, bir matçda verilən penalti digər matçda bənzər epizodda verilmir.

- Biranlığa təsəvvür edək ki, Türkiyə yığması da bu turnirdə iştirak edir. Səncə, necə çıxış edərdik və nəticələrimiz necə olardı?
- Sabit “11-liy”imizi və oyun sistemimizi bilmirəm. Çünki yığmamız önəmli bir dəyişiklikdən keçir. Nəticələrimizin necə olacağını deyə bilmərəm. Amma bir məqam dəqiqdi ki, Qətərdə olsaydıq, ora mütləq enerji və rəngarənglik qatardıq.

- Lionel Messi ilə “Barselona”da birlikdə top qovmusan. Argentina xalqının onunla bağlı ümidləri çox böyükdü. Səncə, Səudiyyə Ərəbistanına şok məğlubiyyətdən sonra komanda daxilində ab-hava və oyunçuların psixoloji durumu necədi?
- Messi ölkəsini çox sevir. Amma bu, onun DÇ-ni qazana bilməsi baxımından son fürsətidi. Bu da üzərində böyük gərginlik yaradır. Açığı, komandasına çox da güvəndiyini düşünmürəm. Hər halda, kənardan belə təəssürat yarandı. Ötən il Argentinanın Amerika Kubokunu qazanmasını çox istəmişdim və buna nail olmuşdular. Həmin turnirdə az öncə qeyd etdiyim müdafiədən hücuma sürətli çıxış zamanı topu Di Mariya ilə Messiyə vaxtında çatdıraraq qalib olmuşdular. Leo həmişə Leodu, onun şərəfini qoruduğu kollektiv həmişə favoritdi.

- Yəqin Messi ilə Kriştiano Ronaldonun şahmat taxtasının yanında çəkilən şəklini sən də görmüsən. Bu şəkil barədə nə düşünürsən?
- Çox bəyəndim. Həqiqətən də möhtəşəm şəkildi. Bir-birinə bu dərəcədə hörmətlə yanaşmaları, ikisinin eyni şəkildə yer alması çox gözəldi. Futbolun bir əyləncə olduğunu göstərən və məncə, azarkeşlik etdiyi klubdan asılı olmayaraq, hər kəsi sevindirən bir şəkildi. İkisini də yaxşı tanıyan biri olaraq deyim ki, oynadıqları şahmat partiyasının heç-heçə bitməsini də çox gözəl seçiblər.

- DÇ-də favoritin kimlərdi?
- Əvvəlcə Braziliya, sonra Fransa. Sürpriz gözlədiyim komandaların başında isə İspaniya gəlir. Çünki Luis Enrike mükəmməl bir taktikdi. Məncə, İspaniyanın taleyini futbolçuların son nöqtəni qoymaq qabiliyyəti müəyyənləşdirəcək. Çünki hər oyunda mütləq qol vəziyyətləri yaradacaqlar.

- DÇ-nin Qətərə verilməsi elə indi də çox tənqid olunur. Sən bu haqda nə düşünürsən?
- Stadionlar çox gözəldi. Ot örtükləri də əla vəziyyətdədi. Hələ ki heç bir ciddi nöqsan görmürəm. Məncə, Qətər bu ağır yükün öhdəsindən yaxşı gəlir. Onların gördüyü iş hörmətə layiqdi.

Paylaş:
Digər xəbərlər

DÇ 2026

23-11-2022, 11:0

"Biz tələyə düşdük" - Messi

Dünya futbolu

1-07-2022, 17:0

Türkiyəli məşhur futbolçu "Qalatasaray"dan küsüb

Dünya futbolu

22-11-2022, 13:0

Ronaldo ilə Messi birgə reklama çəkildilər

Dünya futbolu

23-11-2022, 09:0

Ronaldo bu iki kluba transfer olmağı düşünür

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Bu gün, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Bu gün, 22:10
    Caz nazirliyi
  • Bu gün, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 227
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 185
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə