"Football-plus.az" xəbər verir ki, braziliya millisinin oyunçuları DÇ-2022-nin ilk turunun Serbiya ilə matçında (2:0) zədələnmişdilər. Yığmanın həkimi Rodriqo Lasmar 30 yaşlı hücumçu və 31 yaşlı müdafiəçinin İsveçrə ilə növbəti matçda meydana çıxa bilməyəcəklərini deyib:
“İndidən deyə bilərik ki, hər iki oyunçu növbəti matçda iştirak etməyəcək. Lakin onlar müalicə olunacaqlar. Bizim məqsədimiz futbolçuların bu turnirdə oynamaq üçün sağalmalarına çalışmaqdı”.
Braziliya - İsveçrə matçı noyabrın 28-də keçiriləcək.




