DÇ-nin qrup mərhələsinin ilk matçları keçirilir.
Football-plus.az xəbər verir ki, İngiltərə İranla qarşılaşır. Görüşdə hesabı britaniyalıların yarımmüdafiəçisi Cud Bellinqem açıb. O, bununla da, tarixə düşüb. Belə ki, orta xətt oyunçusu 2000-ci ildən sonra doğulan və dünya çempionatında qol vurmağı bacaran ilk futbolçu olub.