Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.
"Football-plua.az" xəbər verir ki, Məmmədyarov son turda Vyetnam təmsilçisi Le Kuanq Lyoma ilə qarşılaşıb. Görüş "şah"ın məğlubiyyəti ilə başa çatıb.
Məmmədyarov yarışı 8 şahmatçı arasında 6 xalla 7-ci sırada bitirib.
"Meltwater Champions Chess Tour" seriyasının IX mərhələsini norveçli dünya çempionu Maqnus Karlsen qalib bitirib.