Şəhriyar Məmmədyarov mübarizəyə başlayır

19.05.2022 11:03 547
İdman
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayacaq.

"Football-plus.az" xəbər verir ki, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin I turunda qara fiqurlarla kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Turnirin mükafat fondu 210 min dollardı.

Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda 55,50 xalla 6-cı pillədə qərarlaşıb.