Şəhriyar Məmmədyarov 1/4 finalda

18.10.2022 10:11 356
İdman
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində növbəti görüşlərini keçirib.

Football-plus.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 13-cü turda Nodirbek Abdusattorova uduzub. Növbəti raundda isveçli Nils Qrandeliusdan üstün olan Məmmədyarov 15-ci turda ABŞ təmsilçisi Deniel Naroditski ilə sülh bağlayıb.

Bu nəticələrdən sonra xallarını 27-yə çatdıran Azərbaycan şahmatçısı ikinci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.

Məmmədyarov 1/4 finalda Nodirbek Abdusattorova qarşı mübarizə aparacaq