Məmmədyarov finalda

20.10.2022 09:49 340
İdman
Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turnirində yarımfinal görüşünə çıxıb.

Football-plus.az xəbər verir ki, qrossmeysterimiz bu raundda Rumıniya təmsilçisi Riçard Rapportla üz-üzə gəlib.

Rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən Məmmədyarov finala yüksəlib.

Məmmədyarov həlledici görüşdə Polşa şahmatçısı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.