Məmmədyarov üçün qələbəsiz keçən gün

20.05.2022 09:05 478
İdman
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayıb.

"Football-plus.az" xəbər verir ki, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin ilk günündə 4 görüş keçirib.

İlk 3 partiyada müvafiq olaraq, Erik Hansen (Kanada), Karlsen və Yorden van Forestlə (Niderland) heç-heçə edən Məmmədyarov sonuncu qarşılaşmada Abhimanyu Mişraya (ABŞ) uduzub.

Turnirin mükafat fondu 210 min dollardı. Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda 55,50 xalla 6-cı pillədə qərarlaşıb.