• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

O stadionda oynamaq ayıbdı, İmamzadə haqqı! - KÖŞƏ

Yazarlar

16-11-2022, 17:0

Gəncə - Azərbaycanın ən qədim və gözəl məkanlarından biri və ya bir incisi.

Bura insanlarının danışığı və qonaqpərvərliyi ilə xüsusi seçilir. Gəncə vətənpərvərlik və dinə bağlılıq baxımından da başqa şəhərlərimizdən fərqlənir. Qala qapılarından içəri girəndən sonra bunu açıq-aşkar hiss edirsən. Şəhərim girişindəki küçədə 2904 şəhidimizin plakatı asılıb. Şəhərin mərkəzində isə möhtəşəm "İmamzadə" kompleksi yerləşir.

Gəncədə sonuncu dəfə 2018-ci ildə olmuşdum. Həmin vaxt "Kəpəz" "Qarabağ"la qarşılaşırdı. Ağdamlıların qələbə qazandığı matçdan xeyli vaxt ötüb. Şəhərdə çox şey dəyişib. Əvvəllər köhnə binalara çox rast gəlirdiksə, indi onları “göydələnlər” əvəz edir. Hətta icra başçısı da dəyişib. Elmar Vəliyevin vaxtında az qala jurnalistləri stadiona icazə ilə buraxırdılar. Yadıma gəlir, matçların birində rəhbərə xoş gəlsin deyə azarkeşləri doldurmuşdular media mənsublarının yanına ki, komandanı yalandan alqışlasınlar. İndi isə vəziyyət fərqlidi. Şəhəri Niyazi Bayramov idarə edir. İcra başçısı "Kəpəz"in oyunlarına gəlir, problemlərlə maraqlanır. Klub rəsmiləri ilə görüşlərindən məlumatlıyıq. "Sarı-göylər" də çox dəyişib. Mövsümün əvvəlində aşkar autsayder olan gəncəlilər indi yaxşı oyun sərgiləyir. Qərb derbisində də Tərlan Əhmədovun komandası baxımlı futbol nümayiş etdirdi. Lakin şansların boşa verilməsi "Turan Tovuz"la görüşdə 3 xal arzularının üstündən xətt çəkdi.
Yazının əvvəlində gəncəlilərin dinə bağlı olduqlarını vurğuladım. Kuçəlilər özlərini inandırmaq üçün fərqli tərzdə andlar içirlər.

Bunlardan ən şedevri "İmamzadə haqqı"dı. Bir gəncəli nəyinsə doğruluğunu isbatlamaq üçün dilə gətirdiyi fikrin sonuna mütləq şəkildə bu söz birləşməsini əlavə edir. Oyunda da qulağım bununla bağlı o qədər maraqlı cümlələr eşitdi ki:

"Qağa, Tovuzun bu uzundraz qara gədəsi (Natan Oduvanı nəzərdə tutur - S.İ.) mənim nervimə işləyir e, İmamzadə haqqı".

"Ay Şuaybu, ay Şuaybu! Bu gün qol vursan, İmamzadə haqqı, sənə özüm Gəncədən qız alacam".

"İmamzadə haqqı, bizimkilər Tovuzu sürüyür, amma qol vuran ayağımız yoxdu, qağa".

"Bu Tərlana inanmaq lazımdı dana, İmamzadə haqqı. 2 ayın içində gül kimi komanda yığıb dana".

"Qağa, İmamzadə haqqı, hamını buraxsaydılar, stadionda 20 min azarkeş olardı dana! Tikmirlər də, normal gələk futbola baxaq!"

Bunlar arenada eşitdiklərim idi. Hamısının içdən və səmimi fikirlər olduğuna əminəm. Gəncə və "Kəpəz" son 4 il ərzində çox dəyişib. Amma dəyişməyən bir şey var: stadion! Azərbaycanın ikinci böyük şəhəri tör-töküntü halında olan arenadan istifadə edir. Bu problemin hələ də davam etməsi ölkə futbolu adına ləkədi. Stadion problemi həll olunsa, "Kəpəz" daha da inkişaf edəcək. Ən azı oyunlarına 10-12 min azarkeş gələcək ki, bu da klubun büdcəsinin az da olsa, artmasına səbəb olacaq. AFFA, Gənclər və İdman Nazirliyi kluba bu yöndə kömək ola bilmədi. Ümid edirəm ki, şəhərin İcra Hakimiyyəti bu məsələni tezliklə həll edəcək. Yoxsa o stadionda oynamaq hamı üçün biabırçılıqdı, İmamzadə haqqı!

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Aktual

11-08-2022, 17:0

"Elmar Vəliyev o stadionu bir aya təmir etdirərdi"

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 256
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 199
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 114
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə