"Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın agenti Rafaela Pimenta açıqlama verib.
Football-plus.az xəbər verir ki, o, futbolçunun DÇ-2022-də oynamayacağını təsdiqləyib:
"Paul mümkün qədər tez qayıtmaq istəyirdi. Lakin o, səbirli olmalı, çətin anlarda çox çalışmalı, azarkeşlər və komanda üçün qayıtmasını sürətləndirmək üçün mümkün olan hər şeyi etməlidi".
Xatırladaq ki, 29 yaşlı fransalı futbolçu bu mövsüm menisk zədəsi və cərrahiyyə əməliyyatı səbəbindən bir dəfə də olsun rəsmi matçlarda meydana çıxmayıb.