“Mançester Yunayted”i azad agent kimi tərk edən Pol Poqba sabiq klubu “Yuventus”a qayıdıb.
İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, fransalı yarımümdafiəçi şənbə günü tibbi müayinədən keçib. 29 yaşlı oyunçunun təqdimatı bazar ertəsinə təyin olunub.
Xatırladaq ki, Poqba “Yuventus”da 2012-16-cı illərdə oynayıb. DÇ-2018-in qalibi 6 il əvvəl MY-yə 110 milyon avroya satılmışdı.