Poqba iki ay oynamayacaq

26.07.2022 12:33 431
Dünya futbolu
“Yuventus”da məşqdə zədələnən Pol Poqbanın son durumu məlum olub.

"Football-plus.az" xəbər verir ki, menisk nahiyyəsindən xəsarət alan fransalı yarımmüdafiəçi 2 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi bu yay azad agent kimi “Yuventus”a keçib.