Poqba əməliyyat olunacaq

5.09.2022 22:40 339
Dünya futbolu
"Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın durumu müəyyənləşib.

O, zədəli olan meniskindən əməliyyat olunmağa razılaşıb. Yeni müayinələr göstərib ki, konservativ müalicə zəif nəticə verib. Ona görə də yarımmüdafiəçi əməliyyat olunmalıdı.

Poqbanın 6 həftə sonra məşqlərə qayıda biləcəyi gözlənilir.