• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

25 yaş münasibəti ilə bir neçə cümlə

Aktual / Manşet

21-10-2022, 00:0

Bu gün “Futbol+”in ilk sayının işıq üzü görməsinin 25 ili tamam olur.

Tam 25 ildi Azərbaycanın mətbu bazarında “Futbol+” də var, dövrün və zamanın bütün çətinliklərinə, ağrı-acısına, gözlənilməzliklərinə rəğmən, hələ də yaşayır, ayaqdadı. Əlbəttə, 25 il o qədər də uzun müddət deyil, insanlıq tarixi üçün bəlkə də bir göz qırpımıdı. Amma qəzetimizin yarandığı dövrü, jurnalistika və bazar reallıqlarını nəzərə alanda, doğrudan da, uzun və ibrətamiz bir yol keçmişik.

Biz heçdən yarandıq; ölkədə idmana və futbola sevginin ən aşağı səviyyəyə endiyi, yeni-yeni nəşrlərin müntəzəm yarandığı və tarixə qovuşduğu zaman kəsiyində bir neçə entuziast həvəs və şəst ilə ortaya atıldı ki, biz də varıq! Nəinki varıq, həm də bu ölkəyə idman səlnaməsini doğru-dürüst, obyektiv, operativ, tərəfsiz və qərəzsiz yazan bir nəşr bəxş etməyə iddialıyıq. İndi bu sözləri yazıram, amma həyəcandan tüklərim biz-biz durur. Nə gizlədim, mən uzun, ağır bir yola qədəm qoyduğumun fərqində olsam da, bu yolun bizi – kiçik kollektivi hara aparıb çıxaracağını bilmirdim.

Xoşbəxt bürc alında doğulduğumuza, sadəcə, bəxtimiz gətirdiyinə görə, ya da hansısa başqa səbəbdən oxucu bizi çox tez sevdi, dərhal öz yaxını və əzizi kimi qəbul etdi, SSRİ dövrünün basmaqəlib yazı və yanaşma üslubundan çox uzaq olduğumuzu anladı, bizim də bu ölkəni və onun idmanını ən azı özü qədər sevdiyimizin fərqinə vardı. Bu artıq ilk və möhtəşəm qələbə idi! – mətbu bazarına orijinal, oxucu ilə məhz onun dilində danışan qəzet gəlmişdi. İndi qalırdı yalnız bu qəzetə sahib çıxmaq, gənclərin səhvlərini təcrübəsizliyə bağışlamaq, çətin anlarında onlara dəstək vermək.

Çətinlik isə çoxdan da çox idi. Bax, indi bilgisayar arxasında oturub bu sətirləri yazdığım anda yadıma yazıları yığdırmaq üçün növbəyə durduğumuz, redaksiyanın soyuq və nəm otaqlarında, özü də masanın üstündə gözümüzün acısını aldığımız, işıq sönərkən bilgisayar qucağımızda Ələşrəf Əlizadə küçəsində işıq gələn dalan axtardığımız, hətta bir tikə çörəyə möhtac qaldığımız günlər düşür. İnsan bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdi. Müxtəlif kitablardan oxuduğumuz bu gerçəyi hər kəs həyatında müəyyən dərəcədə sınaqdan keçirib. Təbii ki, biz də Terminator və ya Supermen deyildik, sadəcə, daha gözəl günlərin, idman terminologiyası ilə desəm, qələbələrin gələcəyinə böyük ümidlər bəsləyirdik, Azərbaycanın gec-tez zəfər yoluna çıxacağına adımız qədər inanırdıq. Saysıs-hesabsız və sarsıdıcı məğlubiyyətlər bəzən adamda ruh düşkünlüyü yaratsa da, çox tez o auradan uzaqlaşır, yenidən işə köklənir, oxucu ilə görüşə, onu ümidləndirməyə tələsirdik.

Allah şahiddi ki, mən lap ilk gündən oxucu ilə səmimi, insani ünsiyyətin tərəfdarı olmuşam, onun qəzetin həyatına hansısa şəkildə təsir göstərməsinə çalışmışam. Nə qədər primitiv ifadə kimi görünsə də, xalqdan uzaq düşən heç bir media qurumu uzun müddət yaşaya, sevgi və populyarlıq qazana bilməz. Hər bir nəşr oxucu, onun zövqü və ehtirasları ilə hesablaşmalı, ancaq kütlənin təsiri altına da düşməməlidi. Hesab edirəm ki, bu 25 il ərzində “Futbol+”in qazandığı ən böyük uğurlardan biri də ölkə idmanında yaşananlara obyektiv və savadlı münasibət bəsləməyə qadir vətənpər oxucu-azarkeş bazası formalaşdırmaqdı. “Futbol+” oxucusu yetərincə savadlı, vətənpərvər və hadisələrə öz baxış bucağı olan adamdı, vətəndaşdı və bu üzdən bizim üçün çox dəyərlidi!

Bu məqamda istər-istəməz bir sual yaranır: görəsən, “Futbol+” olmasaydı, bu qədər uzun müddət yaşamasaydı, nə olardı? Bəlkə də Azərbaycan mətbuat tarixi çox şey itirməzdi. O mənada ki, bizdən əvvəl də, sonra da işıq üzü görən qəzetlər olub, müəyyən fəaliyyət göstəriblər. Ancaq onu da dəqiq bilirəm ki, “Futbol+” olmasaydı, bu ölkədə idman və futbol ilə yaxından maraqlanan bütöv nəsillərin içində böyük bir boşluq yaranardı!
Odu ki, “Futbol+”i 25 yaşına çatdıran, bu yolda hər cür əziyyətə qatlaşan, inciyəndə, küsəndə də, qəlbindəki sevgiyə “əsir düşüb”, yardım əlini uzatmağa çalışan hər kəsə ürəkdən təşəkkür edir, uğur arzulayıram. 25 yaşımız mübarək! Çoxlu belə illərə!

MAHİR

Paylaş:
Digər xəbərlər
Aktual
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Mikels mövsümün ən yaxşı oyunçusudu!
“Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
Daha nə istəyirik?! - KÖŞƏ
Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
Son xəbərlər
  • Bu gün, 20:50
    "Zirə"dən daha bir transfer
  • Bu gün, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Bu gün, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Bu gün, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Bu gün, 18:51
    Amaniyaya qayıtdı
  • Bu gün, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Bu gün, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Bu gün, 17:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Bu gün, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Bu gün, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Bu gün, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Bu gün, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Bu gün, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Bu gün, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Bu gün, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Bu gün, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Bu gün, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
  • Bu gün, 12:54
    Mikels mövsümün ən yaxşı oyunçusudu!
  • Bu gün, 12:22
    “Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
  • Bu gün, 11:51
    Daha nə istəyirik?! - KÖŞƏ
  • Bu gün, 11:20
    Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
  • Bu gün, 10:57
    Fransa və Norveç də pley-offa vəsiqə qazandı - DÇ səhəri
  • Bu gün, 10:19
    Buntiç "Qarabağ"ı Portuqaliya klubuna dəyişdi
  • Bu gün, 10:00
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 00:20
    "Qarabağ" "Vestri"ni iyulun 9-da qəbul edəcək
  • Bu gün, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
  • Dünən, 23:58
    "İmişli" hücumçu transfer etdi
  • Dünən, 23:27
    Azərbaycan idmanının iki ulduzu UFC Fight Night Baku ərəfəsində bir araya gəldi
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 231
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 218
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 200
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 200
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə