Kolumbiya çempionatının son turunda oynanılan ''Kordoba'' – ''Santa Fe'' qarşılaşmasında qeyri-adi bir olay yaşanıb.
Football-plus.az xəbər verir ki, ikinci hissənin gedişində ''Kordoba'' cərimə zərbəsi qazanıb və qonaqlar ''canlı sədd'' qurmağa başlayıblar. Bu zaman mərkəz müdafiəçisi Geisson Perea şortunu aşağı çəkərək zərbəni vurmağa hazırlaşan oyunçunun diqqətini dağıtmaq üçün ona cinsi orqanını göstərib.
Məhz elə bu məqamda kamera ''canlı sədd''ı çəkdiyindən 31 yaşlı futbolçunun bu qeyri-adi taktikası da ekranda görsənib. Pereanın hərəkəti ən azı həmin epizodda bəhrəsini verdi. Çünki ''Kordoba'' cərimə zərbəsindən faydalana bilmədi. Amma 90 dəqiqəlik mübarizə meydan sahiblərinin 2:1-lik qələbəsi ilə yekunlaşdı.