“Milan”ın oyunçusu 1 milyon avro ziyana düşdü

20.10.2022 15:10 288
Dünya futbolu
Teo Ernandes ziyana düşüb. “Milan”ın müdafiəçisinin evi qarət edilib.

“La Gazzetta dello Sport”un yaydığı məlumata görə, hadisə oktyabrın 18-i axşam saatlarında fransalı futbolçunun Kassano Manyaqodakı villasında baş verib.

Football-plus.az xəbər verir ki, malikanəyə qara maskada olan 4 silahlı şəxs daxil olub. Həmin vaxt 25 yaşlı Teo evdə olmayıb.

Amma onun sevgilisi Zoi Kristofoli və 6 aylıq oğlu villada olublar. Cinayətkarlar 1 milyon avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.