Cinsi azlıqları təhqir etdi, 40 min ödəyəcək

27.09.2022 11:09 407
İdman
“Minnesota”nın 21 yaşlı müdafiəçisi Entoni Edvards sosial şəbəkələrdə işlətdiyi homofob ifadələrə görə 40 min dollar cərimələnib.

Football-plus.az xəbər verir ki, cinsi azlıqlara münasibətdə təhqiramiz və aşağılayıcı ifadələrin yer aldığı video ayın əvvəlində dərc olunub və basketbolçunun 1,2 milyon izləyicisinə çatıb. Qalmaqal qalxandan sonra Edvards videonu silib və üzr istəyib:

“Dediklərim incidici, hörmətsiz və yetkin olmayan ifadələr idi, buna görə qeyri-adi dərəcədə təəssüflənirəm. Mən və ya başqaları üçün belə ifadələr işlətmək yolverilməzdi, buna bəraət yoxdu”.


Edvardsı işlətdiyi ifadələrə görə MBA və “Minnesota” da qınayıb.