Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi

22.06.2026 23:04 13
Dünya futbolu / DÇ 2026
Futbol üzrə dünya çempionatında bu gün növbəti oyunlar keçirilir.

Bakı vaxtı ilə saat 21.00-da J qrupunda 2-ci turun Argentina – Avstriya oyunu start götürüb. Hazırda davam edən oyunda hesab argentinalıların xeyrinədi. 9-cu dəqiqədə penaltini qaçıran Messi 38-ci dəqiqədə hesabı açıb. Bu, argentinalı ulduzun dünya çempionatlarındakı 17-ci qoludu.

Leo Miroslav Klozeni arxada qoymaqla vahid rekordçu oldu. Messi sonda DÇ-dəki 18-ci qolunu da vurdu.

J qrupu
Argentina – Avstriya 2:0

Lionel Messi, 38; 90+5.

Bu gecə və sabah səhər saatlarında daha üç oyun keçiriləcək:
01.00. Fransa - İraq
04.00. Norveç – Seneqal
07.00. İordaniya – Əlcəzair