• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!

Ölkə futbolu / Aktual

22-06-2026, 22:0

Düzdü, artıq yerli futbolçularımızın legioner həyatından gözləntilərlə bağlı güvəndiyimiz dağlara qar yağıb. Təbii ki, söhbət Almaniyanın 2-ci bundesliqasında çıxış edən “Kayzerslautern”də forma geyən Mahiri Emreli ilə ABŞ-də, daha dəqiqi, MLS klubu “Kolambus Kryu”da olan Nəriman Axundzadədən gedir.

Hər iki hücumçu oyun vaxtı qazanmaqda ciddi çətinliklə üz-üzədi. Baş məşqçiləri onlara şans vermir ki, vermir. Ancaq yenə də ümidliyik. Çünki başqa legionerlər də var. Məlum olduğu kimi, bu yay Toral Bayramov Türkiyənin 1-ci liqasında yarışan “Bursaspor”a, Murad Məmmədov Cənubi Kipr çempionatında mübarizə aparan “Pafos”a keçdi. Bolqarıstan “Arda”sında oynayan Cəlal Hüseynov isə artıq Rumıniya “Petrolul”unun uğurları üçün tər tökəcək. Ozancan Kökçünü də unutmayaq. Axı o, Niderland “Volendam”ından ayrılandan sonra Türkiyənin 1-ci liqa iştirakçısı “Vanspor”la anlaşdı. Albaniya “Eqnatiya”sında çempion olan Zamiq Əliyevlə bu ölkənin “Partizani”sində özünü yaxşı tərəfdən göstərməyi bacaran Vüsal İsgəndərli də yadımızdadı. Heç Polşa “Motor”unda uğursuz mövsüm keçirən, sonda klubsuz qalan Renat Dadaşovu da unutmamışıq, Xorvatiya “Varajdin”inə məxsus olsa da, başa çatan mövsümdə “Zirə”nin heyətində icarə əsasında çıxış edən Rüfət Abdullazadəni də. Cənubi Afrika “Stellenboş”unda forma geyən Turan Manafov isə həmin müddətdə “Qəbələ”də icarədə oldu. Anton Krivotsyuka gəlincə, o, 2023-cü ildən bəri Koreya “Daejeon”undadı.

Əlbəttə, bu siyahını daha da genişləndirmək olar. Hər halda, başqa ölkələrdə xeyli həmvətənimiz forma geyir. Maraqlıdı, bəs, bu yay başqa hansı yerli futbolçuların legioner həyatı yaşamağa başlaması məqsədəuyğun olar? Bu suala cavab tapmaq üçün əvvəlcə premyer-liqa klublarının heyətinə nəzə yetirdik. Bəlli oldu ki, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Hikmət Cəbrayılzadə, Rza Cəfərov, Rüfət Abbasov, Edqar Adilxanov, Yusif İmanov, Ayxan Hüseynov kimi futbolçular ölkəmizi layiqincə təmsil edə bilər. Sadəcə, Bəhlulun “Qarabağ”da, Rüfətin “Neftçi”də olacağı dəqiqdi.

Bəs, bu yay legionerlərimizin sayının artacağını gözləyə bilərikmi? Buna hansı amillər şərait yarada və ya mane ola bilər? Bu suallarla menecer Erkin İbrahimova müraciət etdik. Onu dinləyək:

“Onu bildirim ki, Cəlalın “Petrolul”a keçidinə mən kömək etdim. Klub onu uzun müddət idi izləyirdi. Cəlalla danışdım, Azərbaycana qayıtmaq variantı da var idi, ancaq israrla legioner həyatı yaşamağa davam etmək istədiyini bildirdi. İndi Cəlal özünü orda yaxşı tərəfdən göstərməlidi ki, “Petrolul” başqa azərbaycanlı futbolçularla da maraqlansın. Bu gün premyer-liqamızda potensiallı gənclərin sayı az deyil. Mən bir çox xarici klubların rəhbərləriylə danışıram, daim əlaqədəyəm ki, futbolçuların transferində pay sahibi olum. Ancaq bir çox məqam var ki, hamısını nəzərə almalıyıq. Etiraf edim ki, bəzi yerli futbolçular daha çox xarici ölkədə oynamağa önəm verir. Elə Vüsal da bu sıradadı. Düzdü, bunda legioner limitinin də rolu var. Amma başqa ölkələrdə də dəyişikliklər olur. O vaxt serbiyalılar “Zirə”də 6 min dollar maaşa oynayırdılar. İndi Serbiyanın 1-ci liqa klubları futbolçularına 10 min avro məvacib verir. Odu ki, bu ölkədən Azərbaycana maksimum 3-4 futbolçu gələ bilər. Onlar da? təbii ki, “Qarabağ”, “Sabah” və “Neftçi”də oynayar. Bu gün braziliyalı futbolçu özünə rahatlıqla iş yeri tapa bilir. Lakin etiraf edək ki, azərbaycanlılara maraq azdı. Əlbəttə, futbolçunun xarakterindən də çox şey asılıdı. İndi əksər adamlar vətəndən uzaqda qalmaq istəmir. Məsələn, Bəhlulu qınayırlar ki, niyə Çindən gələn təklifi qəbul etmədi? Niyə etməliydi? Müntəzəm avrokubokların əsas mərhələsində çıxış edən “Qarabağ”da oynayır. Bu klubun futbolçular üçün yaratdığı şərait yetərincə yaxşıdı. Belə imkanlardan əl çəkib, Çinə gedəsi deyildi ki... Həmçinin, getsə, deyəcəkdilər ki, pula görə “Qarabağ”ı tərk elədi. Yəni ictimai fikir fərqlidi, hərə bir söz deyir. İndi futbolçular qaneedici variant axtarırlar. Yalnız daha yaxşı şərtlər olacağı halda, başqa ölkəyə üz tuturlar. Məsələn, Rüfət “Neftçi”də çox yaxşı maaş alacaq. Amma elə yerli oyunçular da var ki, maaşın məbləğinə fikir vermədən xarici ölkədə forma geymək istəyir. Ümumiyyətlə, Azərbaycanda Qurban Qurbanov, Valdas Dambrauskas, Yuri Vernidub kimi mütəxəssislər, “Qarabağ”, “Sabah”, “Neftçi” kimi yaxşı maliyyə imkanına malik klublar var. Təbii ki, əksər azərbaycanlılar məhz belə klublarda oynamaq, həm də ailəsinin yanında olmaq arzusundadı. Bununla belə, bu gün əsas göstərici milli komanda və avrokuboklardı. Görürük ki, orda olan futbolçulara maraq var. Başqa yerlərdə olanlar isə potensialı olsa da, təklif almır, klubunda oynamağa davam etməyə məcbur qalır. Öz aramızdı, Vaqif Cavadov o vaxt “Tvente”yə yox, yalnız “Rəvan”a qarşı oynasa, legioner həyatı yaşaya biləcəkdi? Təbii ki, yox. Ümumiyyətlə, bu gün bir çox yerli futbolçu xaricdə ortabab komandalarda oynaya, pul qazana bilər. Təbii ki, bunun üçün psixoloji baxımdan tam hazır vəziyyətdə olmalıdı. “Böyük beşlik” ölkələrində isə yalnız Elvin Cəfərquliyev çıxış edə bilər. Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

17-06-2026, 11:0

Cəlal Hüseynov Rumıniya klubunda

---

24-06-2023, 14:0

Cəlal Bolqarıstan “Arda”sında debüt edib

Ölkə futbolu / Aktual

14-06-2026, 13:0

Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?

Dünya futbolu

16-06-2026, 11:0

Ozancan Türkiyə klubunda forma geyəcək

Ölkə futbolu / Manşet

2-01-2026, 17:0

Milyon avroluq legionerimiz yoxdu - ən baha olanlar Mahir, Cəlal və Antondu

Ölkə futbolu

23-05-2026, 13:0

Ayxan Abbasov milliyə 28 futbolçu çağırdı - SİYAHI

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 113
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 86
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə