"İmişli" hücumçu transfer etdi

22.06.2026 23:58 30
Ölkə futbolu
“İmişli”nin yeni mövsüm öncəsi heyətini möhkəmləndirmək istiqamətində yeni transferi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi 24 yaşlı hücumçu Seyxan Fərəcovla "2+1" illik müqavilə imzalayıb. Son olaraq MOİK-in şərəfini qoruyan Seyxan Fərəcov bundan sonra “İmişli”nin formasını geyəcək.

Bununla yanaşı, klub gənc qapıçı İmam Əli ilə də əməkdaşlığı davam etdirməyə qərar verib. Onun müqaviləsinin müddəti "2+1" il uzadılıb.